Sekutadan bayram təbriki: "Bahar fəsli əlaqələrimizə yeni nəfəs gətirəcək"
Bizi izləyin

Nida.az

Sekutadan bayram təbriki: "Bahar fəsli əlaqələrimizə yeni nəfəs gətirəcək"

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin iqamətgahında Novruz bayramı münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən səfir Robert Sekuta bütün Azərbaycan xalqını təbrik edib.

Diplomat deyib ki, Novruz yeni həyat, yenilənmə, canlanma bayramıdır: "Ümid edirik ki, bahar fəsli iki ölkə əlaqələrinə yeni nəfəs gətirəcək".

Diplomat ABŞ və Azərbaycanın təhlükəsizlik, iqtisadiyyat, demokratiya, qanunun aliliyi sahəsində əməkdaşlıq etdiyini xatırladaraq, bu istiqamətdə münasibətlərin daha da inkişafında maraqlı olduqlarını vurğulayıb.

Daha sonra tədbir bayram proqramı ilə davam edib. Azərbaycanlı muğam və estrada ifaçıları, rəqs qrupları rəngarəng nömrələr təqdim ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm