Fransa irqçiliyə boğulub: türk və müsəlmanların partiyası bağlanır
Bizi izləyin

Nida.az

Fransa irqçiliyə boğulub: türk və müsəlmanların partiyası bağlanır

Fransada türk əsilli Hikmət Hüseyinbaşın rəhbərlik etdiyi partiyanın bağlanması üçün imza toplama kampaniyası başlayıb.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, yanvar ayında yaradılan və sürətlə təşkilatlanaraq martın 22-də bölgə təmsilçiliyi (Elections departementales) üçün keçiriləcək seçkilərə 10 bölgə üzrə namizədlərini irəli sürən Bərabərlik və Ədalət Partiyası (PEJ) fransızlar tərəfindən ayrı-seçkiliyə məruz qalıb. Belə ki, PEJ-in türk və müsəlmanların partiyası olduğunu əsas gətirən fransızlar partiyanın bağlanması üçün 500 imza toplayıblar. Gəlmələrin öz adət-ənənələrini, dinləri və dillərini unutmalı olduğu ideyasını irəli sürən irqçilər partiyanın Fransaya şəriəti gətirmək istədiyini iddia edirlər.


Məsələ ilə bağlı danışan Fatih Karakaya Fransada seçki sisteminin digər ölkələrə nisbətən daha anti-demokrat olduğunu bildirib: “6 faiz səs qazanan bir partiyanın 20 millət vəkili ola bilir, amma 25 faiz səs alan başqa partiyanın heç bir millət vəkili olmur. Bu da 2 turlu seçki sistemindən qaynaqlanır”.


F. Karakaya Fransada gəlmələrin həmişə irqçiliyə, ayrı-seçkiliyə məruz qaldığını, “günah keçisi” olduğunu vurğulayıb.


“30 ildir Fransanın iqtisadi durumu zəifləyir. Nasist Almaniyasından öncəki kimi, heç bir partiya buna dur demir. O vaxt “günah keçisi” yəhudilər idisə, indi də müsəlmanlardır. Tarixdən dərs almaq əvəzinə, gəlmələri günahlandırırlar. Özlərini demokrat adlandıran digər partiyalar da irqçi partiyalara heç nə demir, onlara haqq qazandırırlar”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm