Nida.az
Azərbaycanda yeni dövlət qurumu yaradıldı
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının yenidən təşkili yolu ilə Azərbaycan Respublikası
Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər
dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri
göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “Cəmiyyət”)
yaradılsın.
Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir
və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə
keçir.
Müəyyən edilsin ki, Cəmiyyətdə səhmdarların ümumi yığıncağının
səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:
3.1. Azərbaycan Respublikasının Prezidenti:
3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll
edilməsi;
3.1.2. Cəmiyyətin Baş direktorunun vəzifəyə təyin və vəzifədən azad
edilməsi.
Nazirlər Kabineti cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsi və
nizamnamə kapitalının miqdarını müəyyən edir.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təklifləri əsasında
Cəmiyyətin inkişaf istiqamətlərini müəyyən olunaraq təsdiq
edir.
Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət
və zərər hesablarının təsdiq edilməsi, mənfəəti və zərərini
bölüşdürür.
Nəqliyyat Nazirliyi Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi
beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin)
bağlanmasına razılıq verir. Cəmiyyətin Baş direktorunun
müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq
verir. Cəmiyyətin Təftiş Komissiyası üzvlərini vəzifəyə təyin və
vəzifədən azad edir.
Bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın
səlahiyyətlərinə aid edilmiş digər məsələləri həlli edir.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
Cəmiyyətin törəmə müəssisələrinin yaradılmasına, yenidən təşkilinə
və ya ləğv edilməsinə, həmçinin nümayəndəlik və filiallarının
yaradılmasına və ya ləğv edilməsinə razılıq verir.
Sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti Cəmiyyətin
Nizamnaməsini iki ay müddətində Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdıraraq təsdiq etməlidir.
Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması üçün iki ay
müddətində dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılması
məsələsini həll etməlidir.
Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni
Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi ilə
ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin
daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər mərhələsi
başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin bir ay
müddətində Cəmiyyətin balansına verilməsini təmin etməlidir.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə
almaqla, dəniz limanlarının fəaliyyətinin müasir tələblərə
uyğunlaşdırılması, dəniz limanlarının sahibkarlıq fəaliyyətinin
təşviqi, o cümlədən vergi və gömrük sahələrində stimullaşdırıcı
tədbirlərin tətbiqi, habelə dəniz limanları ilə Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası arasında səmərəli
səlahiyyət bölgüsü ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etməlidir.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama
uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
verməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun
icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan
Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla
Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları
bir ay ərzində təsdiq etməlidir.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət
qeydiyyatına alınması üçün tədbirlər görməlidirlər.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Dövlət başçısının digər sərəncamı ilə Taleh Məhəmməd oğlu Ziyadov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilib.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom