Nida.az
Vəfa Quluzadə: “Özlərini azğınlar kimi aparırlar”
“Ermənistan özünü azğın aparır”.
Bunu Publika.az-a açıqlamasında sabiq dövlət
müşaviri, politoloq Vəfa Quluzadə deyib.
Ermənistanın Böyük Sülh Sazişi üzərində işləmək üçün işçi qrupunun
yaradılması təklifindən imtina etməsinə münasibət bildirən V.
Quluzadə bunu düşmən tərəfinin azğın həyasızlığından irəli
gəldiyini bildirib.
“Böyük Sülh Sazişi üzərində işləmək üçün hansısa siyasi hadisənin
baş verməsi lazımdır. Misal üçün, prezidentlər bu məsələdə razılığa
gəlməlidir. Lakin belə bir razılıq yoxdur, yaxud Ermənistanı idarə
edən Moskvanın mövqeyi dəyişməyib. Rusiya İrəvana göstəriş versə
ki, Azərbaycanla bir masa arxasına keçib danışıqlar aparsın, bir
ayın içində bu məsələ həll olunar”, - deyə politoloq bildirib.
V. Quluzadə hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin
ümumiyyətlə həll olunmamasını istəyir: “Rusiya müharibə
vəziyyətinin davam etməsini istəyir. Atəşkəsin pozulması davam
edir, Ermənistan təxribat əməllərindən əl çəkmir, öz hərbçilərini
Azərbaycan torpağından çıxarmır. Bu vəziyyət davam etdikcə, Böyük
Sülh Sazişi söhbətləri mənasızdır. Rusiyadan güc alan Ermənistan
azğın işğalçılığını davam etdirir. Qarabağ münaqişəsinin həll
olunmasını istəyənlər Amerika-Rusiya qarşıdurmasında ikincinin
məğlub olmasını arzu etməlidir”.
Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov dünən
jurnalistlərə açıqlamasında Ermənistanın Dağlıq Qarabağ
münaqişəsi çərçivəsində Böyük Sülh Sazişi üzərində işləmək üçün
işçi qrupunun yaradılması təklifindən imtina etdiyini
bildirib.
“Ermənistan tərəfinin son çıxışları imkan vermir
ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların
vəziyyəti ilə bağlı optimist olum. Ermənistan tərəfi aqressiv
ritorika ilə məşğuldur. Bəlkə bu, daxili auditoriya üçündür.
Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh
sazişi o qədər tez imzalanacaq. Azərbaycan öz inkişafını davam
etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə
regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə
qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal
olunmuş torpaqlardan çıxarmalıdır”, - deyə Azərbaycanın baş
diplomatı vurğulayıb.
Asif Nərimanlı
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi