Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir - YENİLƏNDİ
Bizi izləyin

Nida.az

Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir - YENİLƏNDİ

Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin sayca üçüncü görüşüdür.

Gəncədə "Vega" hotelində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.

Teleqraf.com-un Gəncəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüş bağlı qapılar arxasında keçirilir.

Görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Gəncə icra hakimiyyətinin başçısı qonaqlarla görüşəcək və birgə xatirə fotosu çəkiləcək.

Jurnalistlər üçün mətbuat konfransı keçiriləcək. Daha sonra Gürcüstanın Gəncədəki konsulluğunun açlışı olacaq.

13.10

Gəncədə xarici işlər nazirlərinın ikitərəfli görüşləri başa çatıb

Gəncədə Azərbaycan,Türkiyə və Gürcüstan xarici işlər nazirlərinın ikitərəfli görüşləri başa çatıb.Trend-in məlumatına görə, görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilir. Görüşlər jurnalistlər üçün qapalıdır.

Qeyd edək ki, bu gün ikitərəfli görüşlərdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin sayca üçüncü görüşüdür.

Qeyd edək ki, nazirlərin sonuncu görüşü 2013-cü ilin martında Batumidə keçirilmişdi.

11.35

Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb.

Teleqraf.com-un Gəncəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, öncə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşüb. Daha sonra Elmar Məmmədyarov Gürcüstan xarici işlər naziri Maya Pancikidze ilə görüşəcək. Əhməd Davutoğlu və Maya Pancikidze ilə təkbətək görüşdən sonra nazirlərin üçtərəfli görüşü keçiriləcək.

Görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Gəncə icra hakimiyyətinin başçısı qonaqlarla görüşəcək və birgə xatirə fotosu çəkiləcək. Jurnalistlər üçün mətbuat konfransı keçiriləcək.

10.40.

Türkiyə və Gürcüstan xarici işlər nazirləri Gəncədə

Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davutoğlu və Gürcüstan xarici işlər naziri Maya Pancikidze Gəncə şəhərinə gəliblər.

Teleqraf.com-un məlumatına görə, bu gün Gəncədə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan xarici işlər naziri Maya Pancikidze və Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davutoğlunun iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

Görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

XİN mətbuat xidmətinin rəhbəri Elşad Abdullayevin verdiyi məlumata görə, ilk olaraq Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan xarici işlər nazirləri təkbətək görüçəcəklər. Daha sonra 3 tərəfli görüş olacaq. Bundan sonra Gəncə icra hakimiyyətinin başçısı qonaqlarla görüşəcək və birgə xatirə fotosu çəkiləcək.

Jurnalistlər üçün mətbuat konfransı keçiriləcək. Daha sonra Gürcüstanın Gəncədəki konsulluğunun açlışı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm