Yəməndən Azərbaycana, oradan Çexoslovakiyaya: İŞİD-in xilafət arzusu
Bizi izləyin

Nida.az

Yəməndən Azərbaycana, oradan Çexoslovakiyaya: İŞİD-in xilafət arzusu

Dünya ictimaiyyəti iğtişaşlar dövrünə daxil oldu. Böhran bütün dünyada baş qaldırıb. Rusiya Krımı ilhaq etdi və Ukraynaya girdi, İŞİD Yaxın Şərqdə zorakılığı artırdı. Hansı ki, o, Yəməndən Azərbaycana, oradan da Çexoslovakiyaya qədər yeni imperiya yaratmaq niyyətini gizlətmir.


Publika.az xəbər verir ki, Yaponiyanın “JB Press” nəşri dünyanı çulğalayan münaqişələr haqda yazır.


1992-ci ildə soyuq müharibə bitdikdən sonra Frensis Fukuyamı (məşhur yaponiyalı analitik) “Tarixin sonu” kitabını yazdı və dünyanı Amerika gözü ilə nəzərdən keçirdi. Sosializm dağıldı, demokratiya qalib oldu və hər kəs dünyada qarşıdurmaların, müharibələrin sona çatdığını düşündü.


Post-sovet məkanında münaqişələr yarandı, qondarma rejimlər quruldu. Lakin münaqişələr təkcə geopolitik siyasi kontekstdə deyil, din kontekstində də təzahür edir.


İslam dünyasında bir çox ölkə dövlət quruluşunu qəbul etmir. Bu regionlar “dünyanın barıt zirzəmisidir”. Orda münaqişələr sakitləşmir və terrorizmin yuvasına çevrilir. Fundamentalizmi müdafiə edən İŞİD dağıntılarını davam etdirir.


Bir çoxlarına görə, baş verənlərdə ABŞ məsuliyyət daşıyır və İŞİD-in güclənməsi də məhz bu mərkəzdən gəlir. Vaşinqton demokratikləşmə adı ilə təhlükənin kökünü kəsməyə çalışdı, terrorizmlə mübarizə adı altında İraqa girdi, lakin uğursuzluğa düçar oldu. Müşahidəçilər hesab edirlər ki, Qərb tipli demokratikləşmə həmişə uğurlu olmur. Suriya lideri Bəşər Əsədin kimyəvi silah tətbiq etdiyi haqda şübhələr yarananda ABŞ-ın yadına müdaxilə düşdü. Nəticədə, Yaxın Şərq xaos burulğanına düşdü və terrorizm bütün dünyanı silkələdi.


İŞİD: bu qüvvə Səddamın keçmiş döyüşçüləri tərəfindən yaradılıb. Təşkilat indi Suriyanın xaricində də döyüşür. Qruplaşma xilafət qurmaq istəyir və bu imperiyanın sərhədləri Mərakeş və Yəməndən Azərbaycana qədər, oradan da Çexoslovakiyaya qədər uzanacaq. Bu, bir növ keçmiş Osmanlı imperiyasının sərhədləridir.

Bu, nə qədər xəyali görünsə də, iddia olaraq realdır. Zəiflik dünyanın ən təhlükəli düşmənlərindəndir və buna qarşı çıxmaq lazımdır. Hazırda dünyanın mərkəzində anarxizm hökm sürür. Dövlətlər özlərini yalnız şəxsi gücləri hesabına qoruya bilərlər.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm