Nida.az
Prezident İlham Əliyev: Beynəlxalq müqavilələr sadəcə kağız parçasıdır
“Bizim əsas problemimiz - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi əfsuslar olsun ki, həll olunmur. Keçən il vasitəçilər tərəfindən səylər göstərilmişdir. Bilirsiniz ki, avqust, sentyabr, oktyabr aylarında Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları, yüksək vəzifəli şəxslər səylər göstərmişdilər, üç görüş keçirilmişdir. Sonuncu görüş Parisdə hər iki tərəfin fikrinə görə uğurlu keçmişdir. Ancaq o görüşdən bir həftə keçməmiş Ermənistan növbəti təxribata əl atdı. Ağdamda, işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başladı ki, bizi yenə də təxribata çəksin. Biz təxribata getmək istəmirdik. Çünki öz beynəlxalq öhdəliklərimizə sadiqik.”.
Bunu Prezident İlham Əliyev Bakıda Azərbaycan xalqının milli
bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı
zamanı deyib.
Prezident daha sonra deyib: “Oktyabrın sonunda Parisdə keçirilən
görüşdə demişik ki, biz gərək təmas xəttindəki gərginliyi azaldaq,
sülh danışıqlarının mahiyyətinə daha da çox fikir verək. Ona görə
çox təmkinlə özümüzü aparmışıq. Amma düşmən bizim bu davranışımızı
başqa cür yozub və mövqelərimizə hücum çəkib. Belə olan halda təbii
ki, Azərbaycan əsgəri rəşadət göstərərək düşmənin vertolyotunu məhv
edib. Ondan sonra bizdən qisas almağa çalışmağa başlamışlar. Hətta
Ermənistanın ən yüksək rütbəli, vəzifəli şəxsləri demişlər ki, biz
qisas alacağıq. O faşist ideologiyasının nəticəsində onlarla erməni
əsgəri təmas xəttində həlak olmuşdu. Mən demişəm və bir daha demək
istəyirəm ki, ölmək istəmirsinizsə Ağdama, Füzuliyə getməyin,
oturun öz yerinizdə. Qisasa gəldikdə isə qisası biz almalıyıq və
alırıq da. Biz Xocalı qurbanlarının qisasını alırıq və alacağıq.
Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır”.
Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan ordusu təmas
xəttində vəziyyətə tam şəkildə nəzarət edir: “Bizim əsgərlərimiz
Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlüyü əldə etmişik. Mən
tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti,
ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan
sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza
qayıdacağıq - İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün
bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir
ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan
torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq.
Biz hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq.
Ona görə biz daha da güclü olmalıyıq. Daha da güclü orduya sahib
olmalıyıq. Ordu quruculuğu bizim üçün indi əsas vəzifədir. Ona görə
bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılır.
Bu gün Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah
baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları
sırasındadır. Bunu biz yaratmışıq. Çünki başqa cür mümkün
deyil”.
İlham Əliyev vurğulayıb ki, bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur: “Kimin gücü var o müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik. Bu dövrü biz başlamamışıq. Biz həmişə beynəlxalq hüquqa əsaslanmışıq və bütün siyasətimizi belə qurmuşuq. Öz səsimizi ucaltmışıq ki, nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Orada birbaşa yazılıb ki, Azərbaycan torpaqları işğaldan qeyd-şərtsiz və dərhal azad edilməlidir. Yəni, beynəlxalq hüquq sadəcə olaraq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyə isə məcbur etsin. Amma onların özləri üçün beynəlxalq hüquq heç bir şeydir. Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət”.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı