Əli Hüseynli İstanbula gedir
Bizi izləyin

Nida.az

Əli Hüseynli İstanbula gedir

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Seçkili orqanlar: fəaliyyətin şəffaflığı və cavabdehlik” mövzusuna həsr olunmuş seminarda iştirak etmək üçün martın 25-də İstanbula yola düşəcək.


Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, AŞPA-nın prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin və Türkiyə Böyük Millət Məclisinin birgə təşkil etdiyi bu tədbirin məqsədi parlament üzvlərinin fəaliyyətinin effektivliyini artırmaqdır.

Tədbirdə parlamentarilərin davranış kodeksləri, siyasi partiyaların və seçki kampaniyalarının maliyyələşdirilməsi mövzularında fikir mübadiləsi aparılacaq.

İkinci mövzunun müzakirəsi zamanı seminara Əli Hüseynli sədrlik edəcək.

Səfər martın 28-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm