"Təmas xəttindəki gərginlik münaqişənin nizamlanmasını pozur"
Bizi izləyin

Nida.az

"Təmas xəttindəki gərginlik münaqişənin nizamlanmasını pozur"

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini pozur.

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, qeyd edib: "Dağlıq Qarabağda yenidən güc tətbiqi faciədir və atəşkəs rejimini pozur, eyni zamanda, tərəflərin bir-birini ittiham etməsi ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə səyləri sarsıdır".

Qeyd edək ki, ötən gün düşmən təxribatlarının qarşısı onun xeyli itki verməsi ilə alınıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.

Martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm