“Bu fərq Dağlıq Qarabağda hərbi qarşıdurmanın yenilənməsi ehtimalını artırır”
Bizi izləyin

Nida.az

“Bu fərq Dağlıq Qarabağda hərbi qarşıdurmanın yenilənməsi ehtimalını artırır”

Dağlıq Qarabağın bu baxımdan istisna təşkil etdiyini deyən Mirziaşvili hesab edir ki, bu, hərbi qarşıdurmanın yenilənməsi ehtimalını artırır.

Azərbaycan və Moldova ilə yanaşı keçmiş Gürcüstan da SSRİ-nin dağılmasından eyni nəsibi aldı. Gürcüstan hazırda muxtar bölgələri olan Cənubi Osetiya və Abxaziya üzərində nəzarət etmir. Amma Azərbaycan ilə Molvodan fərqli olaraq Gürcüstanın vəziyyəti daha mürəkkəbdir. Bu fərqlilik isə ondan ibarətdir ki, Cənubi Osetiya və Abxaziyanı dünyanın ən güclü dövlətlərindən olan Rusiya ilə yanaşı daha bir neçə dövlət tanıyır. Amma Azərbaycana gəlincə, onun ərazi bütövlüyünü tanıdığını Rusiya da rəsmi şəkildə bəyan edir.

SSRİ dövründə Gürcüstanın tərkibində muxtar respublika olan Abxaziya Sovet İttifaqının dağılmasından sonra - 1993-ci ildə Gürcüstandan ayrıldığını elan etdi. Son məlumatlara görə, hazırda Abxaziyanım əhalisi 240 min nəfərdir. Onların 50 faizi abxazlar, 18 faizi gürcülər (qovulmadan sonra geri qayıdanlar), 17 faizi ermənilər, 9 faizi isə ruslardır. Abxaziyanın ərazisi 8 600 kvadrat kilometrdir.

Abxaziyanın hər bir dövlətin malik olduğu dövlət atributları var: Bayraq, himn, hökumət, ordu. Amma bunu milli pulla bağlı demək olmaz. Abxaziyada Rusiya rublundan istifadə olunur. Elə Abxaziyanın müstəqilliyini də ilk olaraq 2008-ci il Gürcüstanla müharibədən sonra Rusiya tanıyıb. Abxaz pasportu digər dövlətlərdə etibarsız sayılır, ancaq vətəndaşların əksəriyyəti Rusiya pasportu daşıyır və bu pasport onlara xaricə səyahət etməyə, eləcə də Rusiyada səs verməyə imkan verir. Abxaziyanın müstəqilliyini tanıyan digər dövlətlər isə Nikaraqua, Venesuela və Sakit okeanda yerləşən Nauru, Tuvalu və Vanuatdır.

Yuxarıda da qeyd etdik ki, Cürcüstandakı münaqişələrə Rusiyanın münasibəti Dağlıq Qarabağ və Dnestryanı münaqişələrə münasibətdən fərqlənir. Rusiya Dağlıq Qarabağ və ətraf əraziləri işğal edən Ermənistanı hər baxımdan dəstəkləsə də, bu. Azərbaycan-Rusiya münasibətlərində cidd şəkildə büruzə vermir. Rusiya Dnestryanı ərazini də açıq şəkildə dəstəkləyir və burada hərbi qüvvə saxlayır. Bu isə Moldova-Rusiya münasibətlərindəki gərginliyin azalmasına maneə olur. Bundan başqa da Moskva Dnestraynı ərazinin müstəqilliyini tanıya biləcəyi ilə bağlı tez-tez Kişnyova siqnallar göndərir.

Məhz buna görə də Abxaziya və Cənubi Osetiya ilə bağlı yaranan vəziyyət paradoksal hesab olunur: Onlar müstəqil dövlət kimi mövcuddur və ya mövcud deyil.

“Qruzia Online” saytına müsahibəsində “Qara dəniz sülh şəbəkəsi" layihəsinin əsas meneceri Mixail Mirziaşvili rəhbərlik etdiyi layihənin məqsədi və Cənubi Qafqazdakı münaqişələrin fərqlilikləri barədə danışıb. Qeyd edək ki, “Qara dəniz sülh şəbəkəsi" layihəsi yalnız Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemləri ilə deyil, o cümlədən Dağlıq Qarabağ və Dnestryanı problemlər üzrə işləyir.

“Qara dəniz sülh şəbəkəsi" layihəsi Qara dəniz və Cənubi Qafqaz regionlarının yeddi ölkəsini birləşdirir: Ukrayna, Moldova, Rusiyanı, Türkiyə, Gürcüstan, Azərbaycan və Ermənistan. Layihə 2009-cu ildə Cənubi Qafqazın üç ölkəsi və Moldova ilə fəaliyyətə başlamışdı. Layihə sülh təşəbbüsləri və münaqişələrin transformasiyası üzrə vətəndaş şuralarını dəstəkləyir. Layihənin Azərbaycandakı partnyor-təşkilatı Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsidir. Komitəyə Arzu Abdullayeva rəhbərlik edir.

M. Mirziaşvili bildirir ki, vətəndaş şuraları tərəfindən hazırlanmış bütün mövzular sonradan Avropa İttifaqı və Avropa qeyri-hökumət təşkilatları səviyyəsində qaldırılır. Həmin qeyri-hökumət təşkilatları isə Avropa İttifaqı ilə işləyirlər və Brüsseldə ofislərə malikdir. M. Mirziaşvili qeyd edir ki, onların layihələri əsasən Dnestryanı, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələri üçün hazırlanıb. Cənubi Qafqazdakı bütün münaqişələrin bir-birindən fərqləndiyini deyən layihə meneceri Dağlıq Qarabağla bağlı əhəmiyyətli bir fərqi göstərir. “Dağlıq Qarabağ münaqişəsində tərəflər arasında heç bir əlaqə yoxdur, sərhəd şəklində ciddi ayırıcı xətt qüvvədədir. Qeyd etmək zəruidir ki, orada heç kim ayırıcı xəttə nəzarət etmir”, - o, söyləyib.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə ayırıcı xətti var. Bu isə ümumi atmosferə təsir edir. Münaqişəli regionlarda yaşayan insanlar tam azad olmasa da, Gürcüstanın qalan hissəsində hərəkət edir və müəyyən əlaqələrə malikdir. Dağlıq Qarabağın bu baxımdan istisna təşkil etdiyini deyən Mirziaşvili hesab edir ki, bu, hərbi qarşıdurmanın yenilənməsi ehtimalını artırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm