AKP rəsmisindən Avropa Oyunları AÇIQLAMASI – ÖZƏL
Bizi izləyin

Nida.az

AKP rəsmisindən Avropa Oyunları AÇIQLAMASI – ÖZƏL

Türkiyə Böyük Millət Məclisinin (TBMM) AKP-dən seçilmiş deputat, Səhiyyə, ailə, əmək və sosial işlər komissiyasının sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində müxtəlif qarayaxma kampaniyalarının həyata keçirilməsinə münasibət bildirib.

AKP-li deputat Publika.az-a eksklüziv açıqlamasında deyib ki, oxşar addımlara zaman-zaman Türkiyədə də rast gəlinir: “AKP hökuməti hər hansı uğurlu addım atan zaman Türkiyə daxilində bunu alqışlayan da, ona qarşı çıxanlar da olur. Bu cür yanaşma hər zaman olub və yəqin ki, bundan sonra da olacaq. Şübhəsiz ki, bu cür addımlar Azərbaycanda da var. Çünki Azərbaycan doğrudan da gözqamaşdıran inkişafa nail olan bir ölkəyə çevrilib. Yayda Bakıda Avropa Oyunları təşkil olunacaq. Mən sonuncu dəfə Bakıda olanda gördüklərimə heyran olmuşdum. Hər səfərimdə mütləq Bakıda müsbət dəyişiklik hiss edirəm. Böyük infrastruktur layihələri ilə bağlı Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır. Görülən işlər qardaş ölkə olaraq bizi çox sevindirir və qürurlandırır. Ancaq buna sevinməyənlər də var. Uğurlarımızı istəməyənlərə əhəmiyyət vermək lazım deyil. Biz əvvəlki kimi uğurlu işlərimizi davam etdirməliyik. Çünki nə vaxtsa tarix bizim gördüyümüz işlərə qiymət verəcək. Həm Türkiyə, həm də Azərbaycan olaraq daha çox tarixi işlər görməliyik. İşlərimizə müdaxilə edən qüvvələrə məhəl qoymaq lazım deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm