Qış bitdi, Ukrayna da Rusiya qazından imtina etdi
Bizi izləyin

Nida.az

Qış bitdi, Ukrayna da Rusiya qazından imtina etdi

Ukrayna hökuməti Rusiyadan təbii qaz idxalını dayandıracağını bəyan edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, sözügedən məsələ ilə əlaqədar martın 23-də təşkil olunan mətbuat konfransında çıxış edən Ukraynanın enerji naziri Vladimir Demçişin ölkəsinin 1 aprel 2015-ci il tarixindən etibarən Rusiyadan idxal etdiyi təbii qazı dayandıracağını bildirib.

Ukraynalı nazir buna səbəb kimi Rusiya qazının bahalı olduğunu söyləyib: “İndi Rusiya qazını almağa heç bir ehtiyac yoxdur. Çünki Avropadan aldığımız təbii qazdan da yüksək qiymətə Rusiyadan qaz almaq başa düşülən deyil”.

Xatırladaq ki, Avropa Birliyinin vasitəçiliyi ilə tərəflərin imzaladığı "qış razılaşması"nın şərtlərinə görə, Ukrayna Rusiyadan aldığı 1000 kubmetr təbii qaz üçün 100 dollarlıq endirimlə 329 dollar ödəyir. Bu razılaşmanın vaxtı isə bu il martın 31-də başa çatır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm