Nida.az
Köçkünlərin adından ev almaq istəyən kimlərdir?
"Təəssüf ki, son vaxtlar ölkənin bəzi bölgələrində, həmçinin
Bakıda dələduzlar peyda olub və onlar qaçqın və məcburi köçkünlərə
istiqamətləniblər". Trend-in məlumatına görə, bu barədə
jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli
Həsənov deyib.
Ə.Həsənov bununla bağlı bir neçə dəfə KİV vasitəsilə qaçqınları və məcburi köçkünləri xəbərdar etdiyini vurğulayıb.Baş nazirin müavini xatırladıb ki, bu günlərdə Gəncədə bir məcburi köçkün mənzil əldə etmək üçün binanın damına çıxaraq intihara cəhd etmək istəyib: "Mənzil əldə etmək üçün özünü yandırma kimi istifadə meyilləri ortaya çıxıb. Mən bir daha xəbərdarlıq etdim ki, bu yolla mənzil almaq mümkün deyil.
Qeyri-qanuni yolla insanları yataqxanalara yerləşdirirlər ki, bunlar mənzil alsın. Ancaq biz bu cür ədalətsizliklərə yol verə bilmərik. Bizdə siyahılar var. Biz bilirik ki, orada 20 il yaşayanlar kimdir. Məsələn kəlbəcərli köçkün işğaldan bir neçə il əvvəl Azərbaycanın digər bölgəsində gəlib yaşayır. 1 il bundan qabaq Kəlbəcər RİH-in bəzi işçiləri qanunsuz yolla bunu qeydiyyata salırlar ki bu şəxs ev alsın. Biz bu qanunsuzluğa yol verə bilmərik".
Ə.Həsənov bildirib ki, məcburi qaçqın olan qadın onun qəbuluna
gəlib və bildirir ki, 44 nəfər məcburi köçkündən dələduzlar 370 min
manat toplayıb: "Bunların hamısı da Ağdamdan olan məcburi
köçkünlərdir. Bəlli olanda ki, bu iş dələduzluqdur, həmin şəxs
pulun 170 min manatını qaytarıb. Qalan pulu ödəyə bilmədiyindən
Türkiyəyə qaçıb. Bu cür halların hamısına son qoyulacaq".
Ə.Həsənov əlavə edib ki, bu il 7-8 rayonda tikinti işləri gedir:
"Ağdamda çox böyük bir qəsəbə tikilir. Bundan başqa, Göygöl,
Beyləqan, Saatlı, Füzulidə tikinti işləri davam etdiriləcək. İlin
sonuna hardasa 4 min ailə, 20 mindən çox məcburi köçkün yeni
mənzillərə köçürüləcək. Bakıda və Abşeron ərazisində 2 il müddətinə
tikinti olmayacaq. Çünki 500 ha həcmdə Qobu bələdiyyəsindən ərazini
götürmüşük. 80 minə yaxın əhali ora yerləşəcək. Gələn il onun
sosial texniki infrastrukturunu icra edəcəyik. 2016-cı ildə artıq
orada yaşayış binaları tikilməyə başlayacaq".
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO