"Ruslar və azərbaycanlılar birlikdə döyüşüblər" - Rusiya səfiri
Bizi izləyin

Nida.az

"Ruslar və azərbaycanlılar birlikdə döyüşüblər" - Rusiya səfiri

Əfqanıstanda ruslar və azərbaycanlılar birlikdə döyüşüblər. Mən bundan çox şadam".Rusiya səfir həmçinin R.Auşevi “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

"Sovet ordusu əsgərlərinin Əfqanıstanda göstərdiyi şücaətlə qürur duymaq lazımdır". Publika.Az-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu gün Bakıda Sovet Qoşunlarının Əfqanıstandan çıxaırlmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır!" devizi altında keçirilən tədbirdə bildirib.

Səfir deyib: "Əfqanıstanda ruslar və azərbaycanlılar birlikdə döyüşüblər. Mən bundan çox şadam".Rusiya səfir həmçinin R.Auşevi “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Azərbaycan Əfqanıstan Veteranları Birliyinin sədri Məhəmməd Vəliyev isə bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanın dövlət qurumları ilə sıx əməkdaşlıq edir: "Əfqanıstan müharibəsi veteranları göstərilən diqqətə görə prezident İlham Əliyevə təşəkkür edirlər. Azərbaycan "əfqanları" Ali Baş Komandanın əmrinə hazırdır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm