Deputat təslim olan erməni əsgərindən yazdı
Bizi izləyin

Nida.az

Deputat təslim olan erməni əsgərindən yazdı

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aydın Mirzəzadə “facebook” sosial şəbəkəsində son günlər Azərbaycan tərəfə keçərək təslim olmuş erməni əsgəri ilə bağlı Ermənistanda baş verən proseslərə mövqeyini bildirib.

Publika.az bildirir ki, deputat baş verənləri demokratiyanın, insan hüquqlarının və qanunçuluğun “Ermənistan nümunəsi” adlandırıb. Milli Məclisin üzvü Ermənistanın müdafiə naziri Seyran Ohanyanın “Qriqoryanın Azərbaycan tərəfinə keçməsinin səbəblərini onun ailəsində axtarmaq lazımdır” fikirlərini düşmən ölkədə insan hüquqlarının kəskin pozulması kimi səciyyələndirib:

“Söhbət könüllü olaraq Azərbaycan tərəfinə keçmiş Ermənistan siahl qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qulluq edən əsgəri Andranik Qriqoryandan gedir. Ermənistanın epress.am saytının verdiyi xəbərə görə, onun atası Qriqoryan işğal edilmiş ərazidəki polis bölməsinə aparılıb”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm