“Sərsəng Su anbarı ilə bağlı əhalidən 3000 şikayət və müraciət daxil olub
Bizi izləyin

Nida.az

“Sərsəng Su anbarı ilə bağlı əhalidən 3000 şikayət və müraciət daxil olub

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng – humanitar faciəsinin qarşısının alınması” adlı 18 aylıq layihəsi çərçivəsində görülən işlərin ardıcıllığının ictimailəşdirilməsinə həsr olunan dəyirmi masa keçirilib.

AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov tədbiri açaraq təmsil etdiyi təşkilatın adıçəkilən layihə çərçivəsində 1976-cı ildən istifadəyə verilmiş, hazırda ermənilərin nəzarətində olan Sərsəng Su Ambarının yarada biləcəyi fəsadlarla bağlı həm Bakıda, həm də Tərtər rayonunda keçirilən tədbirlər, yerli əhali ilə təmaslar və s. barədə ətraflı məlumat verib.

Layihənin koordinatoru, ekoloq Samir İsayev çıxışında bildirdi ki, layihə çərçivəsində problemin bilavasitə əhatə etdiyi 6 rayonda – Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Goranboy və Yevlaxda əhali arasında aparılan məlumatlandırma və izahat işləri zamanı yerli əhalidən yazılı şəkildə 3000-dən artıq şikayət, təklif və müraciətlər alıblar. Həmin müraciətlər sistemləşdirilərək bütün beynəlxalq təşkilatlara göndərilib. Nəticələr də artıq özünü göstərir. Koordinator buna misal olaraq, ötən ilin iyul ayında Şamaxıdan olan millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Avropa Şurası Parlament Assambleyasının problemlə bağlı artıq qətnamə qəbul etdiyini bildirdi.

Dəyirmi masanın işinə qatılan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təmsilçisi Əjdər Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mütəllim Həsənov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov və başqaları ermənilərin Sərsəng Su Anbarı vasitəsilə ətraf rayonların əhalisini daim təhlükə altında saxladıqlarından, qış aylarında suyu açıb buraxaraq Tərtər çayını məcrasından çıxarmalarından, yay aylarında isə əksinə, həmin əraziləri susuz qoymalarından, aparılan monitorinqlər zamanı suyun çirkli və hətta suvarmaya belə yararsız hala salınması faktlarlarından danışıblar.

Dəyirmi masanın yekununda AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov layihə çərçivəsində növbəti görülən işlər barədə də ictimaiyyəti mütəmadi məlumatlandıracaqlarını, AVCİYA-nın hazırda paralel olaraq Sərsəng Su Ambarı ilə bağlı jurnalistlər arasında yazı, rəssamlar arasında rəsm müsabiqələri apardığını da söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm