• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanın G-20-yə təklifləri var

  • Nida.az
  • 27 Mart 2015 22:29
  • 329 Baxış
Azərbaycanın G-20-yə təklifləri var

“Azərbaycanın G-20 sammitinə dəvət edilməsi həm də Cənub Qaz dəhlizi layihəsinin reallaşdırılması baxımından da önəmlidir”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı iqtisadçı Artyom Pılin çıxış edib.

O, Ukrayna konfliktindən sonra Avropa Birliyinin bu layihəyə xüsusi önəm verdiyini bildirib:

“Bakının “Böyük iyirmilik”də iştirakı Avropanın enerji təhlükəsizliyi ilə bağlı əlavə sualların həllinə yardım edəcək. Azərbaycan üçün bu cür qlobal təşkilatda mövcudluq ölkənin imici və prestiji baxımından da önəmlidir. Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyatdır. O, sürətli inkişaf edən və Gürcüstan, Türkiyə, Yunanıstana aktiv investisiyalar yatıran ölkədir. Yəni respublika regionda özünün gələcək xarici investisiya maraqlarını və proyektlərini partnyorlarla razılaşdırıb genişləndirməyi bacaran güclü iqtisadi oyunçu simasında çıxış edir. Ona görə də Azərbaycanın G-20-yə Avropa üçün təkcə enerji resursları yox, həm də birgə layihələr üçün təklif etməyə nəyisə var”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR