Ruslan Auşev: "Siz belə sürətlə getsəniz, o zaman Dubaya əlvida!"
Bizi izləyin

Nida.az

Ruslan Auşev: "Siz belə sürətlə getsəniz, o zaman Dubaya əlvida!"

"Mən son dəfə Azərbaycanda 5 il əvvəl olmuşdum. Bu illər ərzində baş verən dəyişikliklər məni heyrətləndirdi. Əgər siz belə sürətlə getsəniz, o zaman Dubaya əlvida!" .


"Mən son dəfə Azərbaycanda 5 il əvvəl olmuşdum. Bu illər ərzində baş verən dəyişikliklər məni heyrətləndirdi. Əgər siz belə sürətlə getsəniz, o zaman Dubaya əlvida!" .

Trend-in məlumatına görə, bunu MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri, general-leytenant Ruslan Auşev bu gün Bakıda Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır!" devizi altında keçirilən tədbirdə bildirib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif olunduğunu deyən R.Auşev bu anın onun üçün unudulmaz olduğunu vurğulayıb: "Mən bu gün ən yaxşı ordenlərdən biri ilə təltif olunmuşam. Fikrimcə, iki ən ali mükafat var. Bunlar hərbçilər üçün "İgidliyə görə" medalı, siyasətçi üçün isə "Dostluq" ordenidir".

O, qeyd edib ki, bu gün Prezident İlham Əliyevlə keçirdiyi 1 saatlıq görüşdən sonra bir daha əmin olub ki, cənab Prezident Əfqanıstan veteranlarının problemlərini dərinliyinə kimi bilir, onların həlli üçün əlindən gələni edir.R.Auşev Azərbaycanda Silahlı Qüvvələrin güclənməsi, onun şəxsi heyəti üçün görülən işlərdən də xəbərdar olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm