Məzahir Pənahov Özbəkistanda keçirilən prezident seçkilərini izləyib
Bizi izləyin

Nida.az

Məzahir Pənahov Özbəkistanda keçirilən prezident seçkilərini izləyib

Özbəkistanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir sıra görüşlər keçirib.

Publika.az-ın məluimatına görə, MSK sədri Məzahir Pənahovun Özbəkistan parlamenti Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovda görüşündə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndiyi qeyd edilib.

Görüşdə parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi, hər iki ölkənin mərkəzi seçki komissiyaları arasında əlaqələrin daha da inkişafı, təcrübə və informasiya mübadiləsinin aparılması və digər məsələlər müzakirə edilib.

MSK sədri Məzahir Pənahov Ali Məclisin Qanunvericilik Palatasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Fayzulla Abduraxmanovla da görüşüb.

Görüşlərdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm