Ramiz Mehdiyev: “Sumqayıt hadisələri təxribat idi”
Bizi izləyin

Nida.az

Ramiz Mehdiyev: “Sumqayıt hadisələri təxribat idi”

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev “Facebook” səhifəsində Xocalı soyqırımından yazıb. Publika.Az xəbər verir ki, rus dilində yazılan qeydlərdə PA rəhbəri bildirir ki, Ermənistan prezidenti Serj Sərkisyanın və onun ətrafının Xoca


Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev “Facebook” səhifəsində Xocalı soyqırımından yazıb. Publika.Az xəbər verir ki, rus dilində yazılan qeydlərdə PA rəhbəri bildirir ki, Ermənistan prezidenti Serj Sərkisyanın və onun ətrafının Xocalıda bəşəriyyət əleyhinə törətdiyi cinayət onların bu cür etdiyi yeganə fakt deyil.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri xatırladan Ramiz Mehdiyev qeyd edir ki, Xocalı soyqırımından əvvəl Xocalı rayonundakı Kərkicahan, Əsgəran rayonundakı Meşəli, Xocavənd rayonundakı Qaradağlı, Kəlbəcər rayonundakı Ağdaban, Qazax rayonundakı Bağanıs-Ayrım kəndləri yer üzündən silinib.
“Lakin məhz Xocalı faciəsi erməni siyasi başçıları və erməni kilsəsinin Azərbaycan xalqına qarşı iki yüz ildən bəri apardığı etnik-siyasi təmizləmə və soyqırımın dəhşətli rəmzinə çevrildi. Məhz Xocalıda dinc azərbaycanlı əhalinin soyqırımını Ermənistan prezidenti Serj Sərkisyan dünya birliyinə soyuqqanlılıqla icra edilmiş “qisas aktı” kimi təqdim etdi, çünki 1992-ci ildə Xocalıya təcavüz 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrin ildönümü ilə eyni gündə törədildi, sonuncu hadisə isə SSRİ DTK-nın lal razılığı ilə Ermənistan xüsusi xidmət orqanları tərəfindən planlaşdırılmışdı”-deyə o bildirir.

R. Mehdiyev Sumqayıt hadisələrini də xatırladaraq bunu ermənilərin təxribatı adlandırıb.PA rəhbəri beynəlxalq təşkilatların bu soyqırımına göz yummasını təəssüflə qarşılayır: “Əfsus ki, bəzən parlament, hökumət, bəzən də beynəlxalq təşkilatlar soyqırımın baş verdiyi Xocalı faciəsinə göz yumurlar. Onlar ya erməni təbliğatına, ya da siyasi konyukturaya boyun əyir, “erməni talanları” haqda əfsanəni müzakirə predmetinə çevirir və hətta bu haqda qeyri-obyektiv, ədalətsiz qətnamələr qəbul edirlər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm