“Ankaranın qaranlıq dəhlizləri..” - Gülənin vəkili danışdı
Bizi izləyin

Nida.az

“Ankaranın qaranlıq dəhlizləri..” - Gülənin vəkili danışdı

Bu gün haqq-hüquq tanımayan bəzi qaranlıq qüvvələr qanunsuz şəkildə əldə edilmiş telefon danışıqlarının müxtəlif yerlərini montaj edərək sosial şəbəkələrdə saxta səhifələrdən yayınlamışdır”


Fətullah Gülənin vəkili Nurullah Albayraq müvəkkilinin adından səs yazılarına münasibət bildirib. Publika.Az fgulen.com saytına istinadən xəbər verir ki, N. Albayraq “Bu gün haqq-hüquq tanımayan bəzi qaranlıq qüvvələr qanunsuz şəkildə əldə edilmiş telefon danışıqlarının müxtəlif yerlərini montaj edərək sosial şəbəkələrdə saxta səhifələrdən yayınlamışdır” deyə bildirib.

Vəkili F. Gülənla bağlı belə informasiyaların yayılmasını beynəlxalq konvensiyalara, eləcə də Türkiyə qanunvericiliyinə uyğun olmadığını deyib.

“Müvəkkilim Fətullah Gülənlə bağlı son vaxtlar kirli oyun və təxribatların hazırlandığı, Beynəlxalq İnsan Haqları Bəyannaməsi, Avropa İnsan Haqları Konvensiyasında və Konstitusiyamızda əksini tapan “şəxsi məlumatların gizliliyi” prinsipinə məhəl qoyulmadan telefon danışıqlarının altı aydır, sistemli şəkildə qanunsuz dinlənilməsi haqda açıqlama vermişdik. Bu gün məlum olur ki, qeyri-qanuni dinləmələr fasiləsiz davam etdirilir. Bu günədək telefon danışıqlarını qeyri-qanuni şəkildə dinləyən, montajlayan və bu materialları yayan sosial şəbəkələrdəki səhifələrin sahibləri barəsində cinayətkar dəstə qurmaq, mütəşəkkil və qanunsuz şəkildə telefon danışıqlarını dinləmək və “şəxsi məlumatların gizliliyi” hüququnu pozmaq maddələri üzrə cinayət işinin açılması ilə bağlı Respublika Baş Prokurorluğuna müraciət edilib”-deyə vəkil qeyd edib.

N. Albayraq əlavə edib ki, Türkiyə Cinayət Məcəlləsinin 132 və 133-cü maddələrinə görə 5 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulan bu cinayət əməli bəzi qaranlıq mərkəzlər tərəfindən aşkar şəkildə törədilir. Onun sözlərinə görə, bəzi siyasətçilər də cinayət əməli sayılan bu montaj və səs yazılarından siyasi toplantılarda istifadə edərək kirli “Bitirmə planının” tərkib hissəsinə çevirməyə cəhd edirlər.

N. Albayraq vurğulayıb ki, “Ankaranın qaranlıq dəhlizləri” müvəkkilimi nə qədər izləyirlər-izləsinlər, nə qədər dinləyirlər-dinləsinlər, ortaya çıxacaq bir həqiqət var ki, o da hüquqa hörmət və insanlığa xidmət sevdasıdır: “Qanunsuz dinləmələr aparan və bu materialları ifşa edənlər haqqında hüquqi yollara baş vuracağımızı ictimaiyyətə hörmətlə bildiririk”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm