Bolqarıstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Bizi izləyin

Nida.az

Bolqarıstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan Respublikasının baş naziri Plamen Oreşarski fevralın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Plamen Oreşarskini Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abasov və digər rəsmi şəxslər qarşılayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm