• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Arzu Səmədbəyli başqanlıq iddialarından danışdı

  • Nida.az
  • 19 Fevral 2014 18:39
  • 360 Baxış
Arzu Səmədbəyli başqanlıq iddialarından danışdı

“Başqanlıq seçkilərinə qatıla bilərəm. Amma bu məsələ ilə bağlı qurultaya yer ayrılandan və namizədlik yarışına rəsmən start veriləndən sonra mövqeyimi bildirəcəyəm”.

Bu barədə Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli Publika.Az -a açıqlamasında bildirib. Onun sözlərinə görə, hər şeyi qurultay həll edəcək: “Partiya daxilində başqan olmağa kifayət qədər intellektli, dünyagörüşlü, bilikli insanlar var. Onların hər biri başqanlığa layiqdir. Lakin hər şeyi qurultay həll edəcək, ona görə də indidən nəsə demək çətindir”.

İsa Qəmbərin getməsinə gəlincə, A. Səmədbəyli bildirib ki, bu, başqanın öz seçimindən asılıdır. Onun sözlərinə görə, Müsavat yeganə partiyadır ki, burda rəhbərlik müddətli seçilir: “Hazırda əksəriyyət İsa Qəmbərin başqanlıqdan getməsinin əleyhinədir. Lakin İsa bəy özü deyib ki, nizamanməyə dəyişiklik etmək istəsələr belə namizədliyini verməyəcək”.

Məclis sədri qeyd edib ki, partiya daxilində başqanlıq diskussiyaları başlayıb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR