Norveç jurnalistlərindən etiraf: “Tənqid yaza bilmirik” – FOTOLAR
Bizi izləyin

Nida.az

Norveç jurnalistlərindən etiraf: “Tənqid yaza bilmirik” – FOTOLAR

Avropanın zəngin neft ölkəsi olan, demokratiyanın və söz azadlığının beşiyi sayılan Norveçdə yayımlanan ən tirajlı qəzetlərin tanınmış “köşə yazarları” ölkə siyasətini tənqid edən yazı yaza bilmir.

Publika.az-ın məlumatına görə, bu barədə Norveçin məşhur “Aftenposten” qəzeti bəyan edib.

Qəzet yazır ki, digər ölkələrdən fərqli olaraq, Norveçin aparıcı media orqanları ölkə gündəmində olan siyasi məsələlərdə tərəf olmaqdan yayınmaq üçün baş verən hadisəni ümumiyyətlə işıqlandırmır: “Ölkə siyasətçiləri də oxşar vəziyyətdədir və daha çox sosial məsələlər üzərində müzakirə aparırlar. Misal üçün, Norveçin böyük tirajla nəşr olunan gündəlik “Verdens Gang” qəzeti dünyada və ölkədə baş verən hadisələri işıqlandırmaq əvəzinə, “Analara daha çox ehtiyac var” kimi başlıqlar dərc edir. Bütün bunlar isə ölkədəki gündəmsizlikdən xəbər verir”.

Qəzet qeyd edir ki, Norveç jurnalistləri mövzu qıtlığından əziyyət çəkir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm