ADR-dən Müsavata sərt cavab: “Qoy mandat məsələsi ilə...”
Bizi izləyin

Nida.az

ADR-dən Müsavata sərt cavab: “Qoy mandat məsələsi ilə...”

“ADR-in hədəfləri böyükdür. Biz xırda mandat qovğaları ilə məşğul olmuruq”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının idarə Heyətinin üzvü Hüseyn Məlik Müsavat Partiyası başqanının qardaşı, Məclis üzvü Mustafa Hacıbəylinin ittihamlarına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, ADR-də təmsil olunanlar xırda ideyalarla yaşamır: “Xırda ideyalarla xırda adamlar məşğul olur. Mən Mustafa bəyə cavab vermək istəmirdim, amma bu da mənim cavabım olsun. ADR təmsilçilərinə də bu cür xırda məsələlərə baş qoşmağı məsləhət görmürəm. Qoy, mandat məsələsi ilə onun arzusunda olanlar məşğul olsun. ADR-in hədəfi Azərbaycandır və buna çatmaq üçün səylə çalışırıq”.


H. Məlik deputatlığa namizədlik məsələsinin hələlik ADR-in İdarə Heyətində müzakirə edilmədiyini bildirib.


Qeyd edək ki, M. Hacıbəyli ADR rəhbərliyini parlament seçkilərində alternativ siyahı hazırlamaqda ittiham edib: “Onlar alternativ siyahı hazırlayıblar və cəmiyyətdə belə bir rəy yaratmaq istəyirlər ki, guya Müsavatın parlament seçkilərində iki siyahısı var. Yəni çalışırlar ki, Müsavatın bir dairədən iki namizədinin olduğunu nümayiş etdirsinlər. Biz Müsavat Partiyası olaraq buna imkan verməyəcəyik”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm