Nida.az
Əli Kərimlini tənqid edən gənclər AXCP-dən qovuldu
Bir neçə gənc rəhbərliyi tənqid etdiyi üçün Azərbaycan
Xalq Cəbhəsi Partiyasından (AXCP) uzaqlaşdırılıb.
Bu barədə Publika.az-a AXCP-dən istefa verən
keçmiş sədr müavini Razi Nurullayev məlumat verib.
Onun sözlərinə görə, tənqidə dözümsüzlük, başqa fikir və düşüncəni boğmaq cəhdi AXCP-də güclənməkdədir: “Bir neçə gənci partiyadan uzaqlaşdırıblar. O gənclər ki, rəhbərliyi tənqid etməyə və hesabatlılıq tələb etməyə cəsarət ediblər. Onların günahı fərqli düşünməkləridir”.
Nurullayev hesab edir ki, bu hərəkət bütün müxalif fikir üçün təhlükəlidir.
“Fərqli düşünənləri partiyadan uzaqlaşdırmaq öz kreslosunu bütləşdirməkdən başqa bir şey deyil”, - keçmiş cəbhəçi əlavə edib.
Onun fikrincə, müxalifət bir-biri ilə deyil, hakimiyyət uğrunda
mübarizə aparmalıdır.
“Ölkədə demokratiyanın qurulması üçün demokratik nümunəni özümüzdən
başlamalıyıq. Məgər bizim müxalifət olaraq mübarizəmiz fərdlərin
kreslosunu bütləşdirməkdirmi? Niyə AXCP sədri və onun orbitinə
daxil olan rəhbərlik üzvləri tənqid oluna bilməz? Onlar bütləşibmi?
Bəlkə, elə xidmətləri və elə müqəddəslikləri var ki, biz bilmirik?
Bu gün bizi yaradan böyük Allahı belə tənqid edənlər var. Onun
göndərdiyi müqəddəs Qurani-Kərimə belə tənqidi münasibət var. AXCP
və onun rəhbərliyi niyə tənqid oluna bilməz? Cəbhəçilər gərək
ruhlarını azad etmək üçün dərindən düşünsünlər. Partiyada yeni
nəfəsə, yeni ideyalara və səmimi siyasətə ehtiyac var. Heç kim büt
deyil. Elə bir yol seçmək lazımdır ki, mübarizəmiz nəticə versin”,
- deyə o bildirib.
Asif Nərimanlı
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin