• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

AKP-çi deputatdan ermənilərə təklif: “Rusiya arxivinə baxın”

  • Nida.az
  • 31 Mart 2015 15:54
  • 323 Baxış
AKP-çi deputatdan ermənilərə təklif: “Rusiya arxivinə baxın”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçı 31 mart soyqırımına münasibət bildirib.

AKP-çi deputat Publika.az-a açıqlamasında deyib ki, tarixin hər dövründə millətlərarası münaqişələr baş verib. Onun sözlərinə görə, türk milləti tarixdə hər zaman öz qonşuları ilə münasibətin yaxşı olmasına çalışıb: “Çox təəssüf ki, bəzi millətlər tarixdə baş verən hadisələri özlərinə sərf edən formada dünyaya təqdim etməyə və burada özlərinin günahkar olmasına baxmayaraq, digər xalqlarda və millətlərdə günah axtarmağa çalışırlar. Tarixin müxtəlif illərində türklər həm Balkan yarımadasında, həm Qafqaz regionunda, həm də digər ərazilərdə qətliamlara məruz qalıb. Bununla bağlı araşdırma aparan Amerikadan olan bir tarixçi kitab da hazırlayıb. Həmin kitabda amerikalı müəllif qeyd edir ki, türk milləti dünyada ən çox zülmə məruz qalan xalqdır. Çox təəssüf ki, bütün bunlara baxmayaraq, Ermənistan dünyada olan diasporundan və xristian dini amilindən istifadə edərək tarixçilərin qiymət verdiyi məsələni siyasiləşdirməklə məşğuldur.

Halbuki, bu məsələ tarixçilərin məsələsidir, Türkiyə və Azərbaycan da dəfələrlə bəyan edib ki, biz öz arxivlərimizi bütün tarixçilərə açmağa hazırıq. Yetər ki, tarixçilər gəlib doğru qiymət versinlər. Ancaq ermənilər bizim bu təklifimizdən qaçırlar və əvvəllər olduğu kimi indi də tarixi məsələni siyasiləşdirməyə, dünya ölkələrinin parlamentlərində türk milləti əleyhinə siyasi qərarlar qəbul etdirməyə çalışır. Bu isə əsla yolverilən məsələ deyil. Parlamentlər siyasi qurumlardır. Tarixi qərarları tarixçilər verməlidir”.

M.Kabaqçı təəssüflə qeyd edib ki, dünyada türklərə və müsəlmanlara qarşı ikili standartlar və xristian həmrəyliyi nümayiş etdirilir: “Türklərə qarşı bu qədər zülmlər və qətliamlar törədilsə də, xristian güc mərkəzləri bunu görmək istəmir. Özlərini sərf edən zamanda isə bir anın içərisində cəza qərarları qəbul edirlər. Halbuki həm türklər, həm də müsəlmanlar tarixən zülmə və terror qarşı olub və bu gün də davam edir”.

Ermənilərin qondarma soyqırım iddialarına da toxunan TBMM üzvü bu məsələ ilə bağlı əsl həqiqətlərin Rusiya, Fransa, Böyük Britaniya arxivlərində də olduğunu söyləyib: “Əgər ermənilər həqiqəti görmək istəyirsə, o zaman gedib onlara yaxın olan Rusiya arxivlərinə baxsın. Çünki Osmanlı İmperiyası Rusiya qonşu olub. Şübhəsiz ki, Osmanlı tarixi ilə bağlı məlumatlar Rusiya arxivində də var”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR