.jpg)
AXCP-də gənclərlə partiya rəhbərliyi arasında qalmaqal
yaranıb.
Avropa.info-nun AXCP-dəki mənbələrdən əldə etdiyi məlumata görə,
iki gün öncə, partiyanın Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyev
və Cavid Musazadə təşkilatdan xaric olunub.
Səbəb isə Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyevin AXCP sədrinin
müavini Fuad Qəhrəmanlı haqqında yazdığı bir Facebook statusu olub.
Həmin statusda Ehtiram Mehdiyev martın 15-də Milli Şuranın
keçirdiyi mitinq zamanı Fuad Qəhrəmanlının tribunanın yanında
dayanan yaşlı insanı və gəncləri təhqir etməsini sərt şəkildə
tənqid edib.
AXCP Gənclər Komitəsinin bəzi üzvləri də Ehtiram Mehdiyevə dəstək
veriblər. Bundan sonra isə Ehtiram Mehdiyev və Gənclər Komitəsinin
digər üzvü Cavid Musazadə partiyadan çıxarılıblar.
AXCP-dən əldə etdiyimiz məlumata görə, bu qərardan əsəbiləşən
Gənclər Komitəsinin üzvləri ilə partiya rəhbərliyi arasında ciddi
gərginlik yaşanıb. Gənclər Komitəsinin üzvlərinin yaxın günlərdə
bəyanat verərək kütləvi şəkildə partiyadan çıxacaqları
gözlənilir.