• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

NATO-dan Ermənistana qarşı sanksiyalar tələb olundu

  • Nida.az
  • 31 Mart 2015 21:50
  • 367 Baxış
NATO-dan Ermənistana qarşı sanksiyalar tələb olundu

NATO Parlament Assambleyasının bəzi ölkələrə münasibətdə ikili standartdan çıxış etməsi yolverilməzdir.

Bu barədə millət vəkili Siyavuş Novruzov NATO PA-nın Serbiyanın paytaxtı Belqradda keçirilən Rouz-Rout seminarında çıxışı zaman deyib.

Ukraynanın daxili işlərinə qarışması ittihamı ilə Rusiyanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyündən çıxarılmasını nümunə gətirən S.Novruzov bu cür sanksiyaların Ermənistana qarşı tətbiq olunmamasını ikili standartın bariz təzahürü kimi qiymətləndirib.

O, qeyd edib ki, əgər NATO və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrə qarşı münasibətdə bu cür ikili standartdan imtina etməsə və qarşıdurma tərəflərinə fərqli münasibət göstərəcəksə, o halda münaqişələrin həlli mümkün olmayacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edən millət vəkili bu qurumun bu günə kimi münaqişənin həlli ilə bağlı əsaslı bir iş görmədiyini plenar iclas iştirakçılarının nəzərinə çatdırıb.

Həmsədrlərin münaqişə zonasına səfərlərini daha çox turist səfərlərinə bənzədən S.Novruzov ATƏT-in rəhbərliyindən bu münaqişənin həlli ilə bağlı əsaslı tədbirlərin görülməsini, işğalçı dövlət olan Ermənistana qarşı sərt sanksiyaların tətbiq edilməsini tələb edib.

Milli Məclisin deputatı daha sonra öz çıxışında NATO Parlament Assambleyasının növbəti Rouz-Rout seminarının Ermənistanın paytaxtında keçrilməsi ilə bağlı təklifə kəskin etirazını bildirib. O, digər ölkənin ərazilərini işğal etmiş işğalçı ölkənin paytaxtında belə bir mötəbər tədbirin keçirilməsinin NATO kimi təşkilata nüfuz gətirməyəcəyini nəzərə çatdırıb. Ermənistanda əvvəllər keçirilmiş müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə ayrı-ayrı ölkələrin nümayəndələrinin rəsmi Yerevan tərəfindən təhqir edilməsindən, Moldova ombudsmanının obyektiv çıxışına görə Yerevanda həbsindən və bu günə qədər davam edən təqibindən, Kəlbəcərdə öz doğma ata-ana yurdunu ziyarət edən iki azərbaycanlı üzərində qondarma məhkəmə prosesindən və hələ də onların girovluqda saxlanmasından bəhs edən S.Novruzov toplantı iştirakçılarını növbəti Rouz-Rout seminarının Ermənistanda keçirilməsinin əleyhinə səs verməyə çağırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR