• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

XİN Allahşükürə cavab verdi

  • Nida.az
  • 31 Mart 2015 23:10
  • 734 Baxış
XİN Allahşükürə cavab verdi

“Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən səsləndirilən fikirlər onun şəxsi mövqeyidir və Azərbaycan Respublikasının rəsmi mövqeyini əks etdirmir”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yəmən hadisələri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bəyanatını Amerikanın Səsinə belə şərh edib.

Cənab Paşazadə Yəməndəki hadisələrlə bağlı ərəb dövlətlərinin Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədiyini, amma Ərəb Ölkələri Liqasının Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdığından təəssüf hissi keçirdiyini bildirib.

“Bütün bunlar çox təəssüf ki, məzhəb ayrıseçkiliyinin əlamətidir”, -deyə o qeyd edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri deyib ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycanda din dövlətdən ayrıdır.

“Azərbaycan Respublikasının xarici siyasət məsələləri ilə əlaqədar rəsmi mövqeyi Azərbaycan Respublikasının Prezidenti və Xarici İşlər Nazirliyi tərəfindən ifadə olunur”, -deyə Hacıyev bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR