Nida.az
Azərbaycan XİN-i Ermənistanı ifşa etdi
"Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutskinin Azərbaycanın Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransındakı çıxışı ilə tanış olduq. Onun Ermənistanda səsləndirdiyi fikirlərin Ermənistan kütləvi informasiya vasitələri tərəfindən təhrif edildiyini və ona aid olmayan ifadələrin yazıldığını qeyd edib".
Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin II katibi Könül Süleymanlı Dumanın MDB işləri üzrə komitəsinin sədri L.Slutskinin son şərhlərinə münasibət bildirərkən deyib.
Azərbaycan XİN Ermənistan KİV-lərinin bu kimi fəaliyyəti barədə L.Slutski tərəfindən edilmiş etirafı məmnuniyyətlə qeyd edir: "Bu, bir daha onu göstərir ki, Ermənistan KİV-ləri özlərinin təbliğat fəaliyyətində hər bir fürsətdə ən çirkin vasitələrdən belə çəkinməyərək, şəxs tərəfindən deyilməyən sözləri onun fikirləri kimi qələmə verirlər".
K.Süleymanlı bildirib ki, Ermənistan dövlətinin tam nəzarətində olan Ermənistan mətbuatının, o cümlədən Rusiya nümayəndələrinə münasibətdə bu cür fəaliyyəti Azərbaycan və Rusiya arasında siyasi münasibətlərə xələl gətirmək məqsədi güdür. Bu çirkin təbliğat eləcə də Azərbaycana qarşı qarayaxma məqsədi daşıyır.
Onun sözlərinə görə, L.Slutski ətrafında cərəyan edən hadisələr bir daha ona dəlalət edir ki, xüsusilə, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı olan əksər qarayaxma kampaniyası, əsasən Ermənistan və onun havadarlarından qaynaqlanır.
XİN rəsmisi bildirib ki, beynəlxalq hüquqa zidd destruktiv siyasəti və bu qəbildən olan neqativ fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq əvəzinə, Ermənistanın beynəlxalq ictimaiyyətin israrlı çağırışlarına əməl edərək, öz işğalçı qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verərdi.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!