Nida.az
“Yanlış təbliğatın qurbanı oldu” – İŞİD-ə qoşulan daha bir azərbaycanlı həbs edildi
Suriyada döyüşməkdə təqsirləndirilən daha bir Azərbaycan vətəndaşı həbs olunub.
Publika.az xəbər verir ki, bu barədə
hüquq-mühafizə orqanlarından APA-ya məlumat daxil olub.
Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində 1989-cu il
təvəllüdlü Bakı sakini Bəkirov Telman Əvəz oğlunun İŞİD terror
qruplaşması tərkibində Suriya və İraqdakı döyüşlərdə iştirak etdiyi
müəyyən olunub.
Sələfi icmasının adını açıqlamayan üzvlərindən biri
Publika.az-a bildirib ki, Telman Bəkirov əvvəl
əhli-sünnə namazı qılırmış. Sonradan radikallığı ilə seçilənlərin
toplaşdığı “Ləzgi” məscidinə üz tutub.
“Daha sonra o, namaz qılmayan hər kəsi kafir gözündə görürdü. Gənc
idi, elmi də az idi. Ona görə də məsləhətlərə qulaq asmadı və
yanlış təbliğatın qurbanı oldu. Onun İŞİD-ə qoşulduğu haqda
məlumatı təsdiqləyə bilmərik. Çünki uzun müddət idi ki, radikallıq
yolunu tutmuşdu. Bizimlə əlaqəsi kəsilmişdi. Görünür, daha da irəli
gedib”, - deyə sələfi icmasının adının açıqlanmasını istəməyən
nümayəndəsi bildirib.
Məlumatlara görə, həbs olunan şəxslə bağlı araşdırmalar davam
edir.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!