• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Cəzalandırılan samboçumuza dəstək: “Halal olsun ona”

  • Nida.az
  • 1 Aprel 2015 18:07
  • 687 Baxış
Cəzalandırılan samboçumuza dəstək: “Halal olsun ona”

“Mən samboçumuz Bəxtiyar Abbasovun idman nailiyyətindən çox, onun bu cür mərdliyinə, kişiliyinə, qeyrətinə qiymət verirəm. Halal olsun ona ki, işğalçı və terrorçu ölkənin himnini saymayıb. İdmançımız çox qeyrətli və kişi adamdır”.

Bunu Publika.az-a Milli Məclisin deputatı Elman Məmmədov Moskvada keçirilən sambo üzrə Dünya Kubokunun mükafatlandırma mərasimində Ermənistan himni səsləndirilən zaman oturan idmançımızın cəzalandırılmasına münasibət bildirərkən deyib.

“Eybi yox, qoy Avropa Sambo Federasiyası idmançımıza nə cəza verirsə versin, bunun ona elə də zərəri yoxdur. Ancaq idmançımız orada hər kəsə bəyan edib ki, o, müstəqil Azərbaycan dövlətinin nümayəndəsidir və işğalçı Ermənistan isə bizə qarşı soyqırımlar, kütləvi qırğınlar törədib. Azərbaycan idmançısı öz cəsarətilə hazırda 1 milyondan çox azərbaycanlını qaçqın vəziyyətinə salan və Xocalıda soyqırımlar törədən işğalçı Ermənistanın himni qarşısında ayağa durmadığını dünyaya göstərdi. Bununla idmançımız işğalçıya qarşı etirazını bildirib”, - millət vəkili əlavə edib.

Xatırladaq ki, Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimində Ermənistan himni səsləndirilən zaman oturan Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasov bürünc medalından məhrum ediləcək. B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR