ATƏT-in sədri KTMT-nin iclasına qatılıb: Düşənbədə münaqişələr müzakirə olunur
Bizi izləyin

Nida.az

ATƏT-in sədri KTMT-nin iclasına qatılıb: Düşənbədə münaqişələr müzakirə olunur

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Xarici İşlər naziri İvitsa Daçiç Kollektiv Təhlükəsizlik Təşkilatının Düşənbədə bu gün işinə başlamış KTMT xarici işlər nazirləri Şurasının iclasına dəvət olunub.

Publika.az qurumun rəsmi saytına istinadən bildirir ki, iclasda təşkilatın xarici siyasi əlaqələrinin koordinasiyasının gücləndirilmə imkanları müzakirəyə çıxarılıb. Əsas diqqət Mərkəzi Asiyada təhlükəsizliyin təmini üçün əməkdaşlıq və regional münaqişələrin həlli imkanlarının araşdırılmasına verilib.

Toplantıda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan xarici işlər nazirləri iştirak edir. Qonaq qismində eyni zamanda ATƏT-in münaqişələrin həlli üzrə Mərkəzin direktoru Adam Koberskiy və BMT-nin preventiv diplomatiya mərkəzinin rəhbəri Miroslav Ença dəvət olunub.

Toplantıda həmçinin 2015-15-cı illər üçün KTMT ölkələrinin xarici siyasət, təhlükəsizlik və müdafiə ilə bağlı plan təsdiq olunacaq. İclasın açılışında Taciksitan prezidenti İmamoli Rahmon çıxış edib.

KTMT hərbi-siyasi ittifaqı 1992-ci ildə üzv ölkələr tərəfindən təsis olunub. 1993-cü ildə Azərbaycan quruma qoşulsa da, 1999-cu ildə müqaviləni uzatmaqdan imtina edib.

Bu toplantıda regional münaqişə olaraq Qarabağ probleminə də toxunulacağı istisna olunmur. Qeyd edək ki, İvitsa Daçiç fevralın 25-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurası qarşısında hesabatla çıxış edib. İ.Daçiç çıxışında Dağlıq Qarabağ münaqişәsi ilә bağlı artan gәrginlikdәn narahat olduqlarını bildirib.

“Serbiya ATӘT-in Minsk Qrupunun yüksәk sәviyyәdә görüşlәr keçirmәk vә tәrәflәrlә birlikdә münaqişәnin uzunmüddәtli hәlli üçün yollar axtarmaqla bağlı sәylәrini dәstәklәyir. Dondurulmuş münaqişәlәr Serbiyanın sәdrliyi dövründә gündәlikdә duran әn ciddi mәsәlәlәrdәn biridir”- deyə o BMT-də bəyan edib.

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanım ATƏT-ə sədrliyi yanvarın 1-dən başlayıb.

X. SƏFƏROĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm