Kəlbəcərin işğalı nəyi sübut etdi? – millət vəkili
Bizi izləyin

Nida.az

Kəlbəcərin işğalı nəyi sübut etdi? – millət vəkili

“Kəlbəcərin işğalı Ermənistanın işğalçılıq siyasətini davam etdirəcəyini təsdiqlədi”.


Publika.az xəbər verir ki, bu barədə millət vəkili Adil Əliyev Kəlbəcər rayonunun işğal günü ilə bağlı Azərbaycan Hərb Tarix Muzeyində keçirilən tədbirdə bildirib.


Onun sözlərinə görə, vahid ordunun olmaması, siyasi hakimiyyətdə yaşanan xaos Kəlbəcərin işğalını sürətləndirdi: “Ermənistan silahlı qüvvələri Kəlbəcərin işğal etməklə və dinc insanları qətlə yetirməklə işğalçılıq siyasətlərini davam etdirəcəklərini göstərdilər. Təəssüf ki, o zamankı siyasi vəziyyət və başqa səbəblər buna təsir göstərirdi. Vahid ordumuzun olmaması, siyasi hakimiyyətdə yaşanan xaos işğal prosesini sürətləndirdi.

Bundan da istifadə edən düşmən işğalçılıq siyasətini həyata keçirdi”.


Millət vəkili bu gün güclü ordumuzun olduğunu xüsusi qeyd edib.


“Ordumuz artıq istənilən an torpaqlarımızı azad etməyə qadirdir. Prezident İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, işğal altında qalan torpaqlarımız azad olunacaq. Son günlər düşmənin xeyli sayda itkilər verməsi buna misaldır. Bundan sonra da düşmən ordusunun bütün təxribatlarının qarşısı alınacaq”, - deyə millət vəkili qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm