Ollandın Azərbaycan səfəri təsdiqləndi
Bizi izləyin

Nida.az

Ollandın Azərbaycan səfəri təsdiqləndi

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfər edəcəyi təsdiqləndi.

Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

Onun sözlərinə əsasən, səfər zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələləri müzakirə mövzusu olacaq. Amma səfir səfərin dəqiq tarixi barədə heç bir məlumat verməyib.

Qeyd edək ki, ötən ay Ermənistan mətbuatı Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezirə istinadən məlumat yaymışdı ki, F.Olland aprelin 24-25-də Yerevana və Bakıya səfəri zamanı azərbaycanlı və erməni həmkarları ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm