XİN İranla bağlı razılaşmanı alqışladı
Bizi izləyin

Nida.az

XİN İranla bağlı razılaşmanı alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib.

Nazirlikdən Publika.az-a göndərilən bəyanatda bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır.

Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq.

Azərbaycan BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm