• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Milli Məclis icra başçılarına səlahiyyət verdi

  • Nida.az
  • 3 Aprel 2015 16:59
  • 714 Baxış
Milli Məclis icra başçılarına səlahiyyət verdi

Milli Məclis prezidentin məktubu ilə parlamentə daxil olan 14 məsələ ilə bağlı qanun layihəsinə dəyişiklik edib.

Publika.az-ın məlumatına görə, bu dəyişikliklər texniki xarakter daşıyır.

Parlament “Antiinhisar fəaliyyəti haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsini müzakirəyə çıxarıb. Bu haqda deputatlara İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Daha sonra müzakirələr başlayıb.

Deputat İlyas İsmayılov dəyişikliyin əleyhinə çıxıb. Deyib ki, biz Konstitusiya ilə hüququ dövlət qurmaq niyyətindəyik: “Hüququ dövlətin son məqsədi qanunun aliliyindən, məmur özbaşınalığının qarşısını almaqa, vətəndaşların hüquqularının təmin edilməsinə nail olmaqdır. İndi müzakirəyə çıxarılan layihə təəccüb doğurur. Qanunun 18-ci maddəsində qeyd olunur ki, təsərrüfat subyekti cəriməni vaxtında ödəmədiyi üçün müvafiq icra hakimiyyətinə səlahiyyət verilir ki, bu məsələni həll etsin. Məncə, bu cür problem yalnız məhkəmə vasitəsilə həll edilə bilər. Odur ki bu dəyişikliyə ehtiyac yoxdur”.

Deputat Xanhüseyn Kazımlı isə qeyd edib ki, bu qanunlar öncə komitədə müzakirə edilib. Onun sözlərinə görə, dəyişikliyin edilməsi vacibdir.

Deputat Fərəc Quliyev isə qeyd edib ki, bu dəyişiklik məmurlar üçün ayaq yeri qoyur. O, təklif edib ki, cərimənin tətbiqi zamanı minimum həddin tətbiqi qeyd olunmalıdır.

Komitə sədri Ziyad Səmədzadə isə bildirib ki, bütün hallarda ttəsərrüfat subyektlərinin imkanları nəzərə alınmalıdır: “Bu qanunlarda dəyişiklik Milli Məclisin qəbul etdiyi digər qanunlarla uyğunlaşdırmağa xidmət edir”.

Deputatlar “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanununun layihəsində dəyişikləri qəbul edib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR