Suriyada döyüşən azərbaycanlıların saytına giriş məhdudlaşıb- YENİLƏNDİ
Bizi izləyin

Nida.az

Suriyada döyüşən azərbaycanlıların saytına giriş məhdudlaşıb- YENİLƏNDİ


Suriyada döyüşən azərbaycanlıların yaratdığı internet saytına giriş məhdudlaşdırılıb. Publika.Az xəbər verir ki, Suriyada Əsədə qarşı döyüşən azərbaycanlıların yaratdığı fisyria.com saytında xəbərlərin birbaşa oxunmasında məhdudiyyət qoyulub. Saytda xəbərləri axtarış sistemi ilə tapmaq olar ki, bu da çətinlik yaradır.

Publika.Az -n araşdırmasından məlum olub ki, Azərbaycanda şiələrə qarşı çağırışlar edən, Suriyaya gedənləri təbliğ edən “Facebook” səhifələri də bağlanıb.
Belə profillərdən olan Abu Aisha səhifəsi də artıq fəaliyyət göstərmir. Qeyd edək ki, Abu Aisha səhifəsindən götürdüyümüz telefon nömrəsi ilə əlaqə yaradanda gənc oğlan cavab vermişdi. Əvvəlcə belə təbliğat apardığını dansa da, sonradan düz etdiklərini, Suriyada döyüşənlərin Allah yolunda cihad etdiklərini bildirmişdi. Onunla müsahibə almaq cəhdlərimiz boşa getmişdi. Daha sonra “Facebook”da da suallarımızı cavablandırmaqdan imtina etdi. Ardınca həmin profil bağlandı.

Azər Huseynov adlı səhifə də artıq işləmir. Bu səhifədə şiələri öldürməyə, qızlarını zorlamağa çağırışlar edilmişdi.
“Biz ibn Teymiyyənin ardıcıllarıyıq və əsla bu adı batırmamalıyıq. Nəfsinizə həmişə hakim olun. Düzdü, bizim alimlərimizin halal buyurduğu bu misyar adlı nikah rafizilərin (şiələrin) müvəqqəti nikah dedikləri siğə nikahına oxşardır. Amma bizim misyar nikahımız daha yaxşıdır, hətta bu nikahla öz ehtiyacınızı ödəyə bilərsiniz. Çünki siz cihad kişilərisiniz, yalnız bizim məzhəb özünə bomba qoyub cihad etmək hünərinə sahibdir.

Sağ olsun alimlərimiz, eləcə də İbn Baz (r.a) ki bizim üçün halalların sayını çoxaltmışdır. Məsələn, Suriyada hər hansı bir rafizi (şiə) qadınını gördükdə ona təcavüz etməyənin cəhənnəmlik olduğunu bildirən görkəmli alimimiz İbn Baz (r.a) məhz bizləri düşünür. Axı ağır cihaddan sonra yorğunluq çıxartmaq da lazımdır.
Rafizilərin (şiələrin) imam dedikləri imam Baqir buyurub ki, Azərbaycan İslamınkıdır və heç vaxt mümkün deyil İslamdan ayrı qala. O bu sözlərdə öz şiələrini nəzərdə tutub. Ama vAllahi vAllahi vAllahi biz sələfi qardaşlar inşAllah Allahın köməyi ilə bu rafizilərin hamısını burdan qovub çıxardacağıq. Vaxtımıza az qalıb. And olsun çöldə küçədə bizlər şiə qızlarını görəndə dişimiz bağırsağımızı kəsir ki, axı niyə biz də İbn Baz (r.a) kimi görkəmli alimimizin sözünə əməl etməyək?

Niyə, bu kafir qızları zorlayıb nəfsimizi öldürməyək? Axı cihad əhli olduğumuz üçün bizə bunlar döyüş qənimətidir. Amma səbr etməyə məcburuq hələ ki”-deyə bu səhifədə bildirilirdi.

Qeyd edək ki, sayt Suriya ərazisində gedən döyüşlərlə bağlı məlumatlar, həmçinin Əsədə qarşı döyüşən qüvvələrin döyüş videolarını, çağırışlarını yayımlayır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm