“Xaricdən gətirilən məhsullar yerli məhsulları sıxışdırır”
Bizi izləyin

Nida.az

“Xaricdən gətirilən məhsullar yerli məhsulları sıxışdırır”

Azərbaycanda kənd təsərrüfatı informasiya-məsləhət sisteminin qurulması məhsuldarlığın artmasına, ərzaq təminatının yüksək səviyyədə həyata keçirilməsinə, yerli kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılmasına kömək edəcək.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin bugünkü plenar iclasında "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsinin keçirilən müzakirəsi zamanı bildirib.

M.Quliyev deyib ki, kənd təsərrüfatı qeyri-neft sektorunun ən mühüm 4 sahəsindən biridir: "Təsadüfi deyil ki, dövlətin xüsusi qayğısı nəticəsində yeni kənd təsərrüfatı sisteminin qurulması gedir. Kənd təsərrüfatı işçilərinin doğru informasiya alması olduqca önəmlidir. Belə bir dövrdə kənd təsərrüfatında işləyən insanın, dərman, gübrə, bazar haqqında doğru, elmi informasiyası olmalıdır. Bu qanun konseptual baxımdan bu məsələlərin hamısını özündə əks etdirir".

Millət vəkili qanunla bağlı öz təkliflərini də irəli sürüb. Onun sözlərinə görə, ilk növbədə qanunun adına baxılmalıdır: "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti dil qanunlarına bir qədər uyğun deyil. Dilçilərlə məsləhətləşməlidir".

İclasda çıxış edən deputat Fəzail Ağamalı isə qeyd edib ki, hazırda Azərbaycana xaricdən gətirilən kənd təsərrüfatı məhsulları daxili bazarda yerli məhsulları sıxışdırır. Onun sözlərinə görə, məsləhət-informasiya xidməti bu problemin həllində müəyyən addım ola bilər:

"Bu gün Azərbaycanda kənd təsərrüfatı mütəxəssisləri yox dərəcəsindədir. Xarici mütəxəssisilər cəlb olunur. Tərəvəz istehsalında problemlər cəlb olunan xarici mütəxəssislər tərəfindən yetərincə həll edilmir. Ona görə də ilk növbədə Azərbaycanda yüksək biliyə malik mütəxəssislər yetişdirilməlidir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm