“Uzaqdakı ən yaxın Pakistan”
Bizi izləyin

Nida.az

“Uzaqdakı ən yaxın Pakistan”

Millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu, ilk nüsxəsi bu ilin mart ayında Pakistan prezidentinə təqdim edilmiş kitabın təqdimatı Pakistanın Milli Günü münasibəti ilə düzənlənən təntənəli mərasimdə gerçəkləşib.

Pakistanın milli istiqlala qovuşmasının 67-ci ildönümü münasibəti ilə düzənlənən mərasimdə iki ölkə adından rəsmi salamlamadan sonra qardaş ölkənin Azərbaycanda və Gürcüstandakı səfiri Xalid Usman Qayser bu mərasimdə “Uzaqdakı ən yaxın Pakistan” kitabının təqdimat və imzalanma mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq ölkəsi adından millət vəkili, Qənirə Paşayeva təşəkkürünü bildirib.

Səfir vurğulayıb ki, millət vəkili Qənirə Paşayevanın yazmış olduğu çox maraqlı kitabı yüksək dəyərləndirir və oxucular üçün diqqətçəkici olacağını düşünür.


Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva səfirə öz təşəkkürünü bildirərək, bu yaxınlarda respublikamızda səfərdə olan Pakistan Prezidenti ilə Azərbaycan Prezidentinin yüksək səviyyədə keçirilən görüş və müzakirələrindən söz açaraq, bunun iki ölkə arasında işbirliyinin daha da inkişafına böyük təkan verəcəyinə inandığını deyib. Pakistana səfəri zamanı onu qəbul edərək geniş zaman ayıran və Pakistanla bağlı yazdığı kitab üçün dəstəyini əsirgəməyən Pakistan prezidenti Məmnun Hüseynin timsalında bütün Pakistan xalqına, qardaş ölkənin Azərbaycandakı səfirliyinə və eləcə də, ölkəmizin Pakistandakı səfirliyinə təşəkkürünü bildirən Q.Paşayeva, “Uzaqdakı ən yaxın Pakistan” adının özlüyündə kitabın içini, mətn-mündəricəsini də ehtiva etdiyini bildirib.


“Pakistan hər zaman ürəyimdə olan çox doğma bir ölkədir və bundan sonra da öz fəaliyyətimdə bu qardaş ölkə ilə münasibətlər özəl yer tutacaq” deyən Q.Paşayeva YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən humanitar layihələri də diqqətə çatdırıb.


Q.Paşayeva kitabın bütün tirajının Azərbaycan kitabxanalarına, universitet və KİV-lərə, aparıcı QHT-lərə hədiyyə ediləcəyini, eyni zamanda Azərbaycan-Pakistan münasibətlərini araşdıran mütəxəssislərə, araşdırmaçılara paylanacağını da vurğulayıb.


Qeyd edək ki, “Uzaqdakı ən yaxın Pakistan” kitabı Pakistanın görkəmli filosof-şairi Muhammad İqbalın “Öncə dostluq, qardaşlıq, sonra Yol...” düşüncəsinin gerçək yaşamı, mənəvi davamı olaraq araya-ərsəyə gəlib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm