Nida.az
Çanaqqala zəfərində həmrəylik – Bakı və Ankara qardaşlığı gündəmdə
Bu gün Böyük İpək Yolu Gənclər İttifaqının təşkilatçılığı, “İrəli” İctimai Birliyi və ADAU-nun dəstəyi ilə Azərbaycan Diplomatiya Akademiyası Universitetində “Azərbaycan Türkiyə əlaqələrində tarixi dostluq, birgə əməkdaşlıq, ikitərəfli inkişaf perspektivlərində medianın aparıcı rolu” mövzusunda dəyirmi masa keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə ölkəmizdə səfərdə olan
Türkiyənin aparıcı KİV-nin nümayəndələri, dövlət rəsmiləri, millət
vəkilləri, ictimai və gənclər təşkilatlarının rəhbərləri iştirak
ediblər.
Çıxışına ümummilli lider Heydər Əliyevin “Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır” sözləri ilə başlayan Böyük İpək Yolu Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, bu gün Prezident İlham Əliyev də qardaş Türkiyə ilə ikitərəfli münasibətlərə mühüm diqqət yetirir: “Siyasi əlaqələrimizin ən yüksək zirvəyə qalxması, beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəklədiyimiz tarixi dostluğumuzun təməl prinsiplər üzərində qurulub”.
Millət vəkili tarixin bütün dövrlərində Türkiyənin Azərbaycanın
yanında olduğunu vurğulayaraq bildirib ki, “Azərbaycanın sevinci
bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal
Atatürkün, 1918-ci ildə Azərbaycanı erməni-daşnak qüvvələrindən
təmizləyən Ənvər Paşa və Nuru Paşanın adları nəinki təkcə
Azərbaycanın, eyni zamanda bütün türk xalqlarının yaddaşında
həmişəlik qalacaq.
Millət vəkili bir müddət sonra 100 illik yubileyi qeyd olunacaq
Çanaqqala zəfərinə də toxunub.
“Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd
olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və
xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə
və həmrəy olduqlarını, həmin tarixi savaşından çıxan ibrət
dərslərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığının dünya
ictimaiyyəti qarşısında nümayişinə xidmət edir”, - deyə o
bildirib.
ADAU-nun prorektoru Fariz İsmayılzadə bu tədbirin məhz ADAU-da
keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Türkiyə Jurnalistlər Federasiyasının sədri
Yılmaz Karaca bildirib ki, Türkiyə-Azərbaycan əlaqələrinin geniş
tarixi var, iki ölkə daimi olaraq müxtəlif sahələrdə əməkdaşlıq
edir: “Mədəniyyətlərarası inteqrasiyadan əlavə olaraq
dövlətlərarası bir çox müqavilələr imzalanıb. Bütün bunlar göstərir
ki, Azərbaycana Türkiyədən, Türkiyəyə Azərbaycandan əziz ikinci bir
ölkə yoxdur”.
Millət vəkili Sahibə Qafarova çıxış edərək bildirib ki, bu gün
Türkiyə ilə Azərbaycan arasında əlaqələr möhkəm təməl əsasında
qurulur: “Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal
və əsas söz sahibi olan iştirakçılarıdır”.
Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektorunun müdiri
Vüsal Quliyev çıxış edərək bildirib ki, Azərbaycanla Türkiyə hər
zaman bütün sahələrdə bir-birini dəstəkləyib və bu birlik bundan
sonra davam edəcək.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə ilə Azərbaycan
arasında bütün sahələrdə əlaqələrin çox uğurla inkişaf etdiyini
diqqətə çatdırıb: “Bu inkişaf üçün isə media əsas rol oynamalı,
Azərbaycan və Türkiyə haqqında həqiqətlər dünyaya çatıdırılmalıdır.
Eyni zamanda, hər iki ölkə ilə bağlı ikili standart yanaşmalarına,
qərəzli mövqelərə qarşı birgə mübarizə aparılmalıdır”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək
Türkiyə ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının
qarşılıqlı əlaqələrindən danışıb.
Tədbirdə YAP Gənclər Təşkilatının sədri Seymur Orucov, Dünya Türk
Gənclər Birliyinin sədri Əkrəm Abdullayev, Dünya Türk Yazarlar
Birliyinin sədri Əkbər Qoşalı çıxış ediblər.
Asif Nərimanlı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ