Rusiya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
Bizi izləyin

Nida.az

Rusiya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Rusiya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparacaqlar.

Trend bu barədə “RİA Nosoti”yə istinadən xəbər verir.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 7-8-də Moskvaya rəsmi səfər edəcək.

Rusiya XİN-in rəsmi saytında dərc olunan məlumata görə, səfər zamanı XİN başçıları iktərəfli əməkdaşlığa dair aktual məsələləri, beynəlxalq gündəlikdə olan məsələləri, xarici siyasətdə, o cümlədən BMT, ATƏT, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq tədbirlər çərçivəsində koordinasiya məsələlərini də müzakirə edəcəklər.

Məlumatda qeyd olunur ki, Moskva və İrəvan arasında əsas qlobal və regional mövzulara dair səmərəli əməkdaşlıq formalaşıb, əksər məsələlərdə mövqelər ya yaxındır, ya da üst-üstə düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm