• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ukraynanın çətin seçimi: Kiyev Bakı və Ankaraya qarşı çıxacaqmı?

  • Nida.az
  • 6 Aprel 2015 17:48
  • 574 Baxış
Ukraynanın çətin seçimi: Kiyev Bakı və Ankaraya qarşı çıxacaqmı?

Ötən həftənin sonu Ukrayna Ali Radasına qondarma “erməni soyqırımı”nın tanınması haqda sənədin təqdim olunduğu haqda məlumat yayıldı.


Məlumatlara görə, bu sənədi Ali Radaya deputat Vitali Barvinenko təqdim edib.


Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Publika.az-a açıqlamasında belə bir sənədin Ali Rada tərəfindən qəbul olunmasının mümkünsüz olduğunu bildirib: “Bunun qəbul olunması ehtimalı sıfıra bərabərdir. Ukrayna heç vaxt Azərbaycan və Türkiyə ilə münasibətləri pozacaq adım atmaz. Bu sənəd ermənilər tərəfindən ələ alınmış bir deputat tərəfindən hazırlanıb. Dünyanın müxtəlif yerlərində həmişə bəzi adamlar belə qondarma məsələləri qaldırır. Lakin bu o demək deyil ki, həmin məsələlər qəbul olunur. İndi də bu deputat belə bir sənədlə çıxış edib və bu, elə təklif olaraq qalacaq”.


A. Gülməmmədov Ukrayna dövlətinin Ermənistana, erməni lobbisinə xoş gəlmək üçün Bakı və Ankaranın gözündən düşəcək addım atmayacağını diqqətə çatdırıb.


GUAM Ölkələri Jurnalistlərinin Araşdırma Mərkəzinin direktoru, uzun müddət Ukrayna Ali Radasında aparıcı mütəxəssis olmuş Elxan Nuriyev də Publika.az-a açıqlamasında qondarma “erməni soyqırımı” haqda sənədin qəbul olunması ehtimalının sıfıra bərabər olduğunu bildirib. Onun sözlərinə görə, bu sənədi təqdim edən deputat şəxsi maraqları var: “Mən həmin şəxsi yaxından tanımıram. Amma məlumatlar var ki, o, şəxsi maraqlara görə belə bir sənədlə çıxış edib. Lakin belə bir sənədin qəbul olunması qeyri-realdır”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR