“Gülən camaatının fəaliyyətinə mən şərait yaratmışam” - AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Gülən camaatının fəaliyyətinə mən şərait yaratmışam” - AÇIQLAMA

“Fətullah Gülən camaatının Azərbaycanda fəaliyyətə başlamasında əsas rolu mən oynamışam”.

“Fətullah Gülən camaatının Azərbaycanda fəaliyyətə başlamasında əsas rolu mən oynamışam”.
Bu barədə keçmiş dövlət müşaviri Qabil Hüseynli Publika.Az –a açıqlamasında deyib. Q. Hüseynli bildirib ki, o zaman dövlət müşaviri olarkən bu işlərlə birbaşa məşğul olan şəxs kimi Gülən camaatının Azərbaycanda fəaliyyətə başlamasını dövlət başçısı qarşısında qaldırıb: “Qafqaz Universitetinin qeydiyyatdan keçməsində böyük xidmətlərim olub. Şəxsən bu məsələni ölkə rəhbəri qarşısında qaldırıb müsbət həllinə nail olmuşam. Bakıda yerləşən 4 liseylərinin bina ilə təsis edilməsində, onların problemlərinin həllində böyük rol oynamışam. Amma o zaman nurçuluqla o qədər də tanış deyildim”.

Sabiq müşavir qeyd edib ki, o, “Çağ Öyrətim” şirkətinin fəaliyyətini araşdıraraq müəyyən məlumatlar toplayıb və müsbət iş olduğuna qərar verib.“Məlum oldu ki, bura daxil olan məktəblər Amerika modern təhsil sistemini mənimsəyiblər və bunu Azərbaycanda tətbiq edə bilərlər. Proqramları ilə tanış olduqdan sonra onların Azərbaycana buraxılmasına, binalarla təchiz edilməsinə müəyyən şərait yaratdıq. Sonra da bunların fəaliyyəti özünü doğrultdu, indi də doğrultmaqdadır”-deyə Q. Hüseynli bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm