Arif Hacılının qardaşı: “Qubad İbadoğlu...”
Bizi izləyin

Nida.az

Arif Hacılının qardaşı: “Qubad İbadoğlu...”

“Qubad İbadoğlu Amerikanın Rəsul Quliyev, Əli Kərimli və Fərhad Əliyevdən sonra Azərbaycanda hakimiyyətə gətirmək istədiyi yeni fiqurdur”.


Publika.az xəbər verir ki, bu barədə Əhrar Partiyasının sədri, Müsavat başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli deyib.


V. Hacıbəyli mətbuatda yazılanlardan bu qənaətin yarandığını qeyd edib: “Yazılanları əslində Qubad İbadoğluna "maya qoymaq" kimi də qiymətləndirmək olar. “Qubad İbadoğlu payızda Azərbaycanda yeni bir təlatüm yaradacaq fiqurdur” fikri sosial şəbəkədə heç bir maraq doğurmadı və deməli, bu cümlə hansısa fantaziyanın məhsuludur”.


V. Hacıbəylinin fikrincə, Azərbaycanda Q. İbadoğluna qarşı heç bir təhlükə yoxdur: “Yazırlar ki, guya Qubad İbadoğlu Bakıya gələrsə, həbs olunacaq. Mətbuatda yazılanlara inansaq, 14 milyon manat həcmində qrantın arxasına keçən “qrant mafiyasının atası” (ifadə mətbuatda gedib) barədə nəinki bir “tədbir” görülmədi, hətta onu Neft Fondundan veriləcək qrantların paylanılmasına rəhbərlik edəcək koalisiyanın rəhbərliyinə təyin etdilər. Bu faktı görməməzlikdən gəlib Qubad İbadoğlunun guya təqib olunduğu barədə fərziyyələr irəli sürmək üçün həqiqətən “fantazyor” olmaq lazımdır”.


Qeyd edək ki, Q. İbadoğlu hazırda Amerikadadır. O, Müsavatda başqanlıq seçkilərindən narazı qalanlardan ibarət Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatını yaratdı. Hərəkata sədr seçiləndən az bir müddət sonra Vaşinqtona yola düşdü. Özünün açıqlamasına görə, səfəri 5 aylıq proqrama əsasən reallaşıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm