• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Stratfor”: “İran Cənub Qaz Dəhlizinə qoşulur və Rusiya “ofsayda” düşür”

  • Nida.az
  • 8 Aprel 2015 12:06
  • 761 Baxış
“Stratfor”: “İran Cənub Qaz Dəhlizinə qoşulur və Rusiya “ofsayda” düşür”

ABŞ kəşfiyyatının leqal üzü hesab olunan “Stratfor” beyin mərkəzi nüvə proqramı ilə bağlı razılıqdan sonra İranın qazının Avropa bazarına çıxarılması yollarından və Rusiyanın düşdüyü vəziyyətdən bəhs edən məqalə yayımlayıb.


Publika.az xəbər verir ki, “Rusiya əsəbi halda: Gözlər ABŞ-la İrana dikilib” başlıqlı yazıda qeyd olunur ki, “Cənub axını” layihəsindən imtina edən Rusiyanın “Türk axını” planı da qüsurlarla doludur: “Heç kim Rusiya və Türkiyə arasında çəkiləcək boru kəmərinə investisiya yatırmaq istəmir, həmçinin qiymət məsələsində razılıq əldə olunmayıb. Bundan başqa, avropalılarda da “Türk axını”na həvəs yoxdur. Əslində, bu, avropalıların daha qorxmadığı Rusiyanın növbəti blefidir”.


“Stratfor” Bakının təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsinə diqqət çəkir.


“Bu, Avropanın da marağında olan layihədir. Hansı ki, gələcəkdə qitənin enerji təhlükəsizliyinə daha çox töhfə verəcək və Rusiyadan fərqli olaraq Bakı anlaşmanı pozmayacaq. Ən kritik məqamlarda kranı bağlamayacaq. “Şahdəniz - 2” layihəsi bu gün Avropa üçün Rusiyadan yan keçən ən real və etibarlı mənbədir. Sadəcə olaraq, bura əlavə qazın qoşulması aktual məsələdir. Bu prosesdə gözlər Türkmənistana dikilib. Aşqabadın razılığı avropalı investorlara Xəzərin dibi ilə boru kəmərinin çəkilməsi və türkmən qazının Bakıya çıxarılaraq, hazırda tikilən boru kəmərlərinə vurulması stimul verir. Lakin Rusiya faktoru Xəzərdə yenə də öz sözünü deyir və türkmən hökuməti üçün əsas maneə yenə də Moskvadır.

Məhz buna görə Xəzərin statusu məsələsinin həlli hələ də uzanmaqda davam edir. Lakin Rusiya üçün qurduğu strategiya həmişə yaxşı olmur. Aşqabadla bu məsələlər müzakirə edildiyi bir vaxtda, İranla dünyanın razılığa gəlməsi vəziyyəti dəyişdirir. Düzdür, 2016-cı ilə qədər İrana qarşı sanksiyalar tamamilə aradan qalxmayacaq və razılaşma üzərində müzakirələr aparılır. Lakin artıq dünyanın enerji bazarına İran qazının çıxarılması gündəmdədir. Bu baxımdan, İran qazının Cənub Qaz Dəhlizinə qoşulması enerji xəritəsindəki siyahıya yeni əlavələr edir və bu, Rusiyanı “ofsayda” salır. İran qazının Avropaya çıxarılması marşrutunda ciddi təhlükə yoxdur. Bakı və Ankara buna razıdır, o cümlədən, avropalılar da maraqlı görünür”, - deyə məqalədə bildirilir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR