“Nezavisimaya qazeta”: “Bakı Ər-Riyadla Tehran arasında körpü olur”
Bizi izləyin

Nida.az

“Nezavisimaya qazeta”: “Bakı Ər-Riyadla Tehran arasında körpü olur”

“Azərbaycan yaranmış şəraitdə Səudiyyə Ərəbistanı ilə İran arasında əlaqələndirici körpü rolunu oynaya bilər”.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Ər-Riyada səfərin ilə bağlı Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yayımlanan məqalədə deyilir.


Nəşr yazır ki, İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri təkcə Azərbaycan cəmiyyətində deyil, bütün regionda diqqətlə izlənilib: “Səfərin gedişində heç bir sənəd imzalanmadı. Bununla belə Bakı və Ər-Riyadın münasibətləri strateji xarakter daşıyır. Bu münasibətlər Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılıb. O vaxtdan etibarən Azərbaycanla Səudiyyə Ərəbistanı və bütün ərəb dünyası arasında əlaqələr inkişaf edir. Son dövrlər bu əlaqələr Yaxın Şərq, Şimali Afrika və Avrasiya regionunda geosiyasi dəyişikliklər fonunda daha da gücləndi”.


“Nezavisimaya qazeta” qeyd edir ki, səfərin gedişində neft qimyətlərinin müzakirə edildiyini asanlıqla ehtimal etmək olar.


“Xüsusilə, güclü regional oyunçu kimi İranın dünya səhnəsinə yenidən qayıdışı fonunda bu gözlənilən idi. Görünür, Bakı və Ər-Riyad hazırkı şəraitdə saatlarını uyğunlaşdırırlar və İranla Bakının dostluq münasibətlərini nəzərə alaraq bu kontekstdən çıxış edirlər. Bu baxımdan, Bakının Ər-Riyadla Tehran arasında körpü olacağı ehtimalı böyükdür”, - deyə nəşr yazır.


Məqalədə qeyd olunur ki, Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələri ilə əməkdaşlıq Azərbaycana ərəb kapitalının da yolunu açır: “Dünyada maliyyə böhranı və neftin ucuzlaşdığı bir vaxtda bu investisiyalar Azərbaycanın bir çox meqa-layihəsi üçün vacibdir”.


Nəşr Azərbaycan Prezidentinin Ər-Riyada səfər etməsinə baxmayaraq, rəsmi Bakının tarazlaşdırılmış siyasi kursuna sadiq olduğuna da diqqət çəkir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm