Nida.az
İlham Əliyev federasiya prezidentini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 8-də İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti,
Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli
Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin
Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycanda
gedən böyük inkişaf proseslərinin şahidi olduğunu, ölkəmizdə ən
müasir səviyyədə idman infrastrukturunun yaradıldığını vurğuladı və
əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik
etdi. O, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına da tam hazır
olduğunu məmnunluqla qeyd etdi.
Səudiyyə Ərəbistanına səfərini və Kral Salman bin Əbdüləziz Əl Səudla görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı ailəsi ilə birlikdə müqəddəs Kəbədə dua etmək üçün yaradılan yüksək şəraitə görə Səudiyyə Ərəbistanının Kralına minnətdarlığını ifadə etdi. Məkkədə, Mədinədə və Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatında olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın və İslam aləmində həmrəyliyin daha da möhkəmləndirilməsində bu səfərin önəmini qeyd etdi. Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun Azərbaycana səfərinə toxunan dövlətimizin başçısı bu səfərin ölkələrimiz arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğuladı. Prezident İlham Əliyev, eyni zamanda, səfərin İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaradacağını dedi. (AZƏRTAC)
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?