Mixail Belyayev: “İrəvanın məğlubiyyəti qarşıdadır”
Bizi izləyin

Nida.az

Mixail Belyayev: “İrəvanın məğlubiyyəti qarşıdadır”

Rusiyanın tanınmış ictimai-siyasi xadimi Mixail Belyayev “Bakının Qarabağ mövqeyi sərtləşir” adlı məqalə ilə çıxış edib.

Publika.az xəbər verir ki, müəllif son vaxtlar cəbhə xəttində gərginləşən situasiyaya diqqət çəkərək Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirib: “Azərbaycan lideri açıq danışır: “Erməni əsgəri ölmək istəmirsə, Ağdama, Füzuliyə gəlməsin”. Bu ifadə çox şey deməkdir. Nəzərə almaq lazımdır ki, Serj Sarkisyan da vaxtilə Ağdamın ermənilərin olmadığını etiraf etmişdi. Ötən ilin payızında Azərbaycan Hava Hücumundan müdafiə sistemi Ağdam istiqamətində uçan erməni helikopterini vurması da məntiqi ardıcıllıqdır. Təsadüfi deyil ki, Ermənistan Müdafiə Nazirliyi də helikopterin kursu pozduğunu, müdaxilə etdiyini etiraf etmək məcburiyyətində qaldı.

Faktiki olaraq hazırda cəbhədə döyüş hərəkətləri aktivləşib. İlin başlanğıcında Ermənistan tərəfinin itkiləri Azərbaycanla müqayisədə ən azı dörd dəfə çox olub. Seyran Ohanyan ritorik olaraq qarşı tərəfi ittiham edir. Ermənilər bir əsgərin əvəzinə 10 azərbaycanlının öldürüləcəyini iddia edir. Lakin faktiki olaraq Azərbaycanın bir əsgərinin əvəzinə ikidən çox erməni əsgəri məhv edilib”.


Müəllif bu statistikanın Ermənistan rəhbərliyini ciddi narahat etdiyini qeyd edib.


“Dağlıq Qarabağ münaqişəsində yaranmış vəziyyəti yenidən düşünmək lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycan mövcud status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirib. Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğalda saxlayan Ermənistan bu status-kvonu hər vəchlə qorumağa çalışır. Lakin reallıq öz şərtlərini diktə edir və İrəvan üçün çətin şərait yaranır. Rusiya müttəfiqi hesab etdiyi Ermənistanın açıq narazılığına baxmayaraq bu gün rəsmi Bakı ilə yüksək əlaqələrə malikdir və geosiyasi proseslər Bakı-Moskva arasında getdikcə yüksələn münasibətlərin qurulmasına səbəb olub. 2013-cü ildə Vladimir Putinin Azərbaycana səfərindən sonra əməkdaşlıq daha da artdı.

Maraqlıdır, Putinin səfərindən sonra Moskva Qarabağda baş verənlərə açıq şəkildə münasibət bildirmir. Görünür, İlham Əliyev Putini münaqişənin davam etməsinin heç kimə xeyir olmadığına inandıra bilir. Bu olmasa belə, hər halda iki lider arasındakı isti münasibətlər ümumi mənzərəyə də təsir edir”, - deyə məqalədə vurğulanıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm